Osmanlı donanması
Osmanlı dövlətinin “Donanma-yı Hümayun” (دونانمای همایون) adı ilə məşhur olan hərbi dəniz qüvvəsi, yəni Osmanlı Donanması XIV əsrdə, daha dəqiq desək, 1323-cü ildə qurulmuşdur. Donanmanın qurucusunun Dərya bəyi Qara Mürsəl bəy olduğu məlumdur (Brownworth Lars, 2009, s. 233). İlk dəfə Qocaeli savaşları zamanı Osmanlı ordusuna dənizdən dəstək verdiyi bilinən sözügedən donanmanın genişlənməsində 1327-ci Qaramürsəldə qurulan ilk Osmanlı gəmi tərsanəsinin çox böyük rolu olub (Türk Denizcileri, 2012).
1337-ci ildə Qocaeli ələ keçirildi və beləcə, 1353-cü ildə gerçəkləşəcək olan Rumeliyə keçişin önü açıldı. Bundan sonra donanmanın mərkəzi sırasıyla İzmit, Gelibolu ve ən sonda da İstanbul oldu (Büyük Larousse, 1986, s. 3037 - 3041).
Osmanlı donanmasından danışıb İstanbulun fəthindən söz açmamaq, heç nə demənəkdir.
Dostları ilə paylaş: |