Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Osmanlı gəmisi. Konrad Qrünberqin “Qüdsə səfər” əlyazmasına çəkdiyi miniatür



Yüklə 6,76 Mb.
səhifə62/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   58   59   60   61   62   63   64   65   ...   87
Osmanlı gəmisi. Konrad Qrünberqin “Qüdsə səfər” əlyazmasına çəkdiyi miniatür


390 il öncə batmış Osmanlı gəmisi
Osmanlı gəmilərinin Qızıl Buynuzdakı Bizans gəmilərinin əks hücumlarının qarşısını almasından sonra Qalatada mövqe tutan topçular Qızıl Buynuzdakı gəmilərlə birlikdə divarları da bombalamağa başladı (İstanbulun Fethi, 2015; İsmail Hakkı Uzunçarşılı, 2019, s. 418). Bu səbəbdən də Bizans tərəfi Qızıl Buynuzdakı divarlara dəstək güclər göndərdi (Hâtim Abdurrahman et-Tâhâvi, 2002, s. 50). Buna baxmayaraq uzun məsafə səbəbindən Osmanlı topçuları divarları dağıda bilmirdi. 150 atışdan təkcə biri öz hədəfinə dəymiş və bir qadın ölmüşdü (Joseph von Hammer, 1985, s. 288). Bombardımanda batan gəmilərin arasında Osmanlılara gizlicə kömək edən bir Genuya gəmisi də vardı. Qızıl Buynuzdakı divarların zərər görməməsindən rahatlayan Bizans tərəfi ağır atəşə məruz qalan gəmilərini qorumaq üçün Qızıl Buynuzdakı divarlara 2 top yerləşdirdi. Açılan atəş nəticəsində 2 Osmanlı gəmisi batırıldı (İsmail Hakkı Uzunçarşılı, 2019, s. 417). Osmanlılar isə buna cavab olaraq quruya 3 top gətirdi və Bizans tərəfinin toplarını hədəfə aldı. Axşama qədər davam edən atışmaya baxmayaraq hər iki tərəf də bir-birlərinin toplarını vura bilmədi (İstanbulun Fethi, 2015).

Qızıl Buynuzdakı qarşılıqlı atışma davam edərkən Müqəddəs Romanos qapısı ətrafındakı divarlar da bombalanırdı. Sayı artırılan hərəkət edən mühasirə qüllələri şəhər divarlarından hündürdü və onlara kiçik toplar yerləşdirilmişdi. Bu qüllələrdən istifadə edən Osmanlı tərəfi divarlarda açılan deşiklərin doldurulmasına əngəl olmağa çalışırdı (Refik Özdek, 1990, s. 416). Divarlardan qopub tökülən hissələrlə dolan xəndəklər Osmanlı ordusuna hücuma keçmək fürsəti verirdi. Bizans tərəfi isə Osmanlılara itki verdirməyə davam edirdi. Osmanlıların dörd qülləsi yandırılmışdı (Joseph von Hammer, 1985, s. 288). 




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin