Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Osmanlı gəmisi. Elif Polatın rəsm əsəri



Yüklə 6,76 Mb.
səhifə65/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   61   62   63   64   65   66   67   68   ...   87
Osmanlı gəmisi. Elif Polatın rəsm əsəri
21 may tarixində bütün Osmanlı donanması Qızıl Buynuzun önünə gəldi. Osmanlı tərəfinin bütün gücü ilə hücuma keçəcəyi düşüncəsindən şəhər əhalisi qorxuya düşdü və kilsələrin zəngləri çalındı. Buna baxmayaraq heç bir hücum baş vermədi və bir neçə saat sonra donanma geri çəkildi. Şəhərdə olan venesiyalı həkim Barbaronun yazdığına görə şəhərin divarları hər gün top atışına məruz qalırdı. Onun təsvir etdiyi bir top 544 kiloqramlıq mərmi ata bilirdi və hər atışı şəhər əhalisində qorxuya səbəb olurdu (Barbaro Niccoló, 1970, s. 65).

Bütün bu hadisələrə paralel olaraq Osmanlı qazıçıları şəhərə daxil ola bilmək üçün qala divarlarının altından tunel qazmaqla məşğul idilər. Ayın 16-da səhər Kaliqariya qapısı ətrafında yeraltından səslər eşidən mühafizəçilər qazıcılarının işindən xəbərdar oldu və bunun qarşısını almaq üçün özləri də bir tunel qazmağa başladılar. Qısa müddətdən sonra iki tunel bir-birinə qovuşduqdan sonra yeraltı döyüşlər başladı. Osmanlı tunelini yox etmək əmri ilə hərəkətə keçən Bizans qazıcılarının qəsdən törətdiyi yanğın nəticəsində hər iki tunel çökdü. Tunel hücumunun qarşısı alınsa da, bu hadisə həm imperator, həm də şəhər əhalisini narahat etmişdi. Hələ də kəşf edilməmiş yeni Osmanlı tunelləri ola bilərdi. Mayın 21-də Osmanlı qazıcıları qala bürcləri olmayan Kaliqariya qapısı ətrafında ikinci tunel də qazdı. Buna baxmayaraq o da şəhərdəkilər tərəfindən aşkarlandı. Bundan əvvəlki tuneldə olduğu kimi Bizans tərəfinin yenidən yanğın çıxaracağını düşünən Osmanlı qazıcıları öz tunellərini yandıraraq həm özlərinin, həm də Bizans qazıcılarının ölümünə səbəb oldular. Ertəsi gün eyni yerdə bir tunel də aşkarlandı. Şəhər müdafiəçilərinin tökdüyü qızğın yağ qazıcıların ölümünə səbəb oldu. Bu tunel də yandırıldı. Həmin gün yaxınlıqda yerləşən hələ aşkarlanmamış bir Osmanlı tuneli də çökdü. Şəhəri qoruyanların arasında olan mühəndis Jan Qrant başqa tunellərin olub-olmadığını öyrənmək üçün işə başladı və mühasirənin sonuncu həftəsinə yaxınlaşarkən hələ də bir neçə gizli Osmanlı tunelini aşkarlaya bildi (Hâtim Abdurrahman et-Tâhâvi, 2002, s. 54). 




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin