Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Sultan II Mühəmməd Fatehin İstanbula daxil olması. Jan-Jozef Benjamen-Konstanın rəsmi



Yüklə 6,76 Mb.
səhifə67/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   63   64   65   66   67   68   69   70   ...   87
Sultan II Mühəmməd Fatehin İstanbula daxil olması. Jan-Jozef Benjamen-Konstanın rəsmi
Şəhərin hər iki divarı da zərər görmüşdü, toqquşmalar isə davam edirdi. Bu vaxt Yustiniyani ağır yaralandı və İmperatorun istəyinə baxmayaraq müalicə olunması üçün limana aparıldı (Hâtim Abdurrahman et-Tâhâvi, 2002, s. 57). Yustiniyaninin yaralanması xəbəri Bizans birliklərinin mövqelərində sarsıntıya səbəb oldu. Bizanslı əsgərlər şəhərin küçələrinə qaçmağa başladı. Venesiya və Genuya əsgərləri də gəmilərə minib qaçmaq üçün limana yönəldilər (Refik Özdek, 1990, s. 420). Sarsıntının təsiri ilə güneydəki Piy qapısı da Osmanlıların əlinə keçdi. Osmanlı əsgərləri qarətə başlamışdı. Ordunun əsas hissəsi şəhərin mərkəzinə doğru irəliləyirdi. Orada zənginliklər daha çoxdu. Bayraqdarlar da divarlara bayraq sancmağa çalışırdı. Günorta şəhər ələ keçirildi və qarət başladı.

İstanbulun fəthi Osmanlı donanmasının da iştirak etdiyi ilk möhtəşəm qələbə idi.

Osmanlı dövlətinin Balkanlarda qazandığı yeni torpaqlar Osmanlıları Venesiya Cümhuriyyəti ilə qonşu halına gətirmişdi. Osmanlıların Egedəki adaları ələ keçirmələri Venesiyalıların ticari mənafeləri üçün təhlükə törətməy başlamışdı və bu da iki dövlət arasında savaşın başlamasına səbəb oldu. Qısa aralıqlarla düz 16 il sürən (1463-1479) bu savaş zamanı Osmanlılar Əyriboz başda olmaqla bir çox strateji önəmə sahib adanı əllərinə keçirməyi bacardılar. Savaşın sonunda Osmanlılarla Venenesiyalılar arasında sülh razılaşması əldə edildi. Razılaşmaya əsasən:

-Venesiyalılar Osmanlı sularında ticarət etmək haqqını qazandılar.

-Venesiyalılar İstanbulda elçilik saxlamaq hüququ əldə etdilər.

-Venesiyalılar Osmanlılara savaş təzminatı ödəməyi qəbul etdilər (Faroqhi Suraiya, 2004).




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin