1499-1503 – cü illər Osmanlı-Venesiya Savaşı (Sapienza Muharibəsi)
Razılaşmanın daha bir şərtinə görə Venesiya Respublikası ən təcrübəli rəssamlarından birini Fateh Sultan Mühəmmədin portretini çəkmək üçün İstanbula göndərməli idilər. Bu məqsədlə tanınmış rəssam Gentile Bellini İstanbuləa gəldi və İstanbulda Fateh Sultan Mühəmmədin məşhur rəsmi başda olmala bir çox əsər yaratdı (Беллини, венецианские живописцы, 1890-1907).
Bu hadisədən sonra həm Qara dənizdə, həm də Ağ dənizdə təsirli faktora çevrilən Osmanlı donanması Sultan Səlim Yavuzun Misir səfəri zamanı da önəmli rol oynamışdır (Büyük Larousse, 1986, s. 3037 - 3041). Bu barədə söz açan Abdullah Köktürk “Yavuz Sultan Səlimin Misir səfərində Osmanlı donanmasının rolu” adlı məqaləsində (Abdullah Köktürk. 2015) Nejat Kosala istinadən yazır ki, səkkiz illik səltənəti (1512-1520) incələndiyində Yavuz Sultan Səlimin doğu ve güneyə doğru genişləmə arzusuda olan tək Osmanlı hökmdarı olduğu görülməkdədir (Nejat Kosal, 1936, s. 8) Yavuz Sultan Səlimin Misir səfəri, Misiri fəth etməklə yanaşı Osmanlı İmparatorluğunun Qırmızı dəniz və Hind okeanına ulaşmasına da yardımcı olmuşdur. Yavuz Sultan Səlim iki dəfə doğu səfərinə çıxmış, ilk səfərdə Diyarbəkr, Van, Bitlis alınaraq Mosulla birlikdə Osmanlı torpaqlarına qatılmış, ancaq orduda baş qaldıran üsyanlar üzündən Bağdad alınmadan geri dönülmüşdü. Misiriın alınması isə ancaq ikinci doğu səfərində mümkün olmuşdur.
Dostları ilə paylaş: |