Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Osmanlı gəmisi. Orta əsrlər miniatürü



Yüklə 6,76 Mb.
səhifə69/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   65   66   67   68   69   70   71   72   ...   87
Osmanlı gəmisi. Orta əsrlər miniatürü
Tədqiqatçının yazdığına görə, donanmanın Qara dənizdə oynadığı rol quru qoşunları üçün gərəkən ərzaq və silah-sursatın Trabzona qədər daşınması olub. Dəniz kapitanı İskəndər bəy Gelibolu və Galata (Xəlic) tərsanələrində emal edilən gəmilərə yüklədiyi ərzaq, top, mərmi və barıtı Trabzona gəmilərlə daşıyır, bu məlzəmələr buradan quru qoşunlarına çatdırılırdı (Haydar Alpagut, 1937, s. 469; Abdullah Köktürk. 2015).

Abdullah Köktürk daha sonra qeyd edir ki, birinci doğu səfəri sırasında Osmanlı donanmasından Rumeli ordusunun Lapseki-Çardaka keçməsində istifadə edilmiş, bundan başqa, Gelibolu Tərsanə kəhyasının başçılığı ilə Midilli və Eğriboz dəniz sancaq bəyləri Egede dəniz mühafizə fəaliyyətlərini icra etmişdilər.

Sultan Səlim 1515-ci ilin iyul ayında İstanbula və ardından həmin ilin sentyabrında Ədirnəyə dönər-dönməz ikinci doğu səfərinin hazırlıqlarına başlamışdır. Bu səfər hazırlıqlarının ən böyüyü dənizdə həyata keçirilənlərdir. Belə ki, həmin dövrdə kapitan Sinan bəyin başçılığı altında Xəlic Tərsanəsində yeni “göz” və “mahzen” tipli gəmilərin tikintisinə başlanmış, bunların hər birinə əlli min axça sərf ediləcəyi hesaplanmışdı. Gelibolu Tərsanəsindən ustalar və işçilər gətirilmiş, yeni gəmilər inşa edilmiş, əskiləri də təmirə alınmışdı.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin