Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə7/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   2   3   4   5   6   7   8   9   10   ...   87
Egey gəmisi (Кrit)

Sonrakı dövrlərdə biremaları üç mərtəbəli trierelər əvəz etdi. Fukididin yazdıqlarından belə aydın olur ki, bu hadisə e.ə. 650-ci ildə baş vermişdir.



Birema. Aşşur barelyefi


Yunanların “triera” (τριήρεις ) adını verdikləri bu gəmilərin adı əslində latıncadır (tria - üç və remus - avar). Onların üç mərtəbəli olduğu, bir-birinin üstündə şahmat sırasıyla yerləşdirən avarçəkənlərin səyi və yelkən vasitəsi ilə hərəkətə gəldiyi bilinməkdədir. O da məlumdur ki, bu gəmilər ilk dəfə Ağ (Aralıq) dənizdə üzməyə başlamışdır. Tədqiqatçıların bir qismi bu gəmilərin finikiyalılar, digərləri isə Korinfli Amenokka tərəfindən icad edildiyini iddia edirlər.

Trieranın əsas silahı taran oxu idi. Gəminin taran oxu ilə birlikdə uzunluğu 45 metrə, su tutumu 240 tona, ekipajın sayı isə 200 nəfərə çatırdı. Ən güclü avarçəkənlər ən üst mərtəbədə yerləşirdilər. Çünki onların çəkməli olduğu avarlar aşağı mərtəbələrdəki avarçəkənlərin avarlarına nisbətən daha uzun və təbii ki, daha ağır idi. Onlara “tranitlər” deyilirdi. “Zigit” adlandırılan avarçəkənlər ikinci mərtəbədə, “qrotatorlar” isə aşağı mərtəbədə yerləşirdilər.

Gəminin maksimal sürəti 7-8 düyünə çatırdı. Lakin avarçəkənlərin hər üç qrupu yalnız savaş zamanı birlikdə çalışırdılar.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin