Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə70/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   66   67   68   69   70   71   72   73   ...   87
Sultan I Səlim Yavuz
Sultan Səlim Yavuz Ədrinəyə getmədən öncə Topqapı sarayında vəzir Piri Mühəmməd Paşa ilə görüşü zamanı Ağ dənizin ancaq bir imperatorluğa yetəcək qədər kiçik olduğunu söyləyərək, ətrafda İspaniya, Fransa, Genuya və Venesiya kimi bir çox dövlətlərin olmasına qəzəblənmiş və bu dar hövzəyə tək başına hakim olmaq üçün 500 gəmi inşa edilməsini əmr etdi. Piri Paşa maliyyə və işçi qüvvəsi qaynaqlarının bunun üşün yetərli olduğunu, lakin hazırlıqlara birdən birə başlanarsa, Qalata xristianlarının Avropaya cəsusluq edərək, xaçlı səfərləri kimi olaylara səbəb ola biləcəklərini irəli sürdü və hələik 200 gəmi tikilməsinə və Xalic Tərsanəsinin buna görə genişlədilməsinə qərar verdi, ertəsi gün də divan quraraq qərarı rəsmiləşdirdi. II Bəyazıdın hakimiyyətinin son illərində baxımsız qalan və qismən təxrib olan tərsanə təmir edilərək, 200 gəminin inşası üçün hazır vəziyyətə gətirildi. Bu arada, Piri Paşanın dediyi kimi bu geniş hazırlıqlar dərhal Avropaya çatdı, orada ciddi əndişə yaratdı, üç-dörd ay sonra Raquza, Venesiya, Genuya və Fransa elçiləri dərhal İstanbula təşrif gətirərək üç illik xəraclarını gətirdilər (Haydar Alpagut, 1937, s. 469).


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin