Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Piri Mühəmməd Paşa. Osmanlı miniatürü



Yüklə 6,76 Mb.
səhifə71/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   67   68   69   70   71   72   73   74   ...   87
Piri Mühəmməd Paşa. Osmanlı miniatürü
1516-cı ilin bütün qış fəsli boyunca tərsanələr var qüvvəsi ilə çalışaraq, gəmi inşaatı və təmiratı ilə məşğul oldular. Kapitan Sinan bəy Xəlic və Gelibolu, Hüseyin bəy İzmit tərsanələrindəki işləri nəzarətdə saxlayırdı. Kəmər tərsanəsi isə Əcəmi Qasım bəyin nəzarətində idi. Dövlət donanmanın tam vaxtında dənizə çıxa bilməsinə çox önəm verməkdəydi.

Əldə olan tarixi qaynaqlardan belə aydın olur ki, həmin dövrdə Səfəvilər həm qurudan, həm də dənizdən mühasirədə saxlanmış və beləcə Səfəvilərlə Misir Məmlükləri arasında əlaqə kəsilmişdi. Əlaqələri tam şəkildə qıra bilmək üçün daha sonra Suriyanın dəniz və quru sahəsi, Fələstin və Nil çayı da nəzarət altına götürüldü.

Şərqi Ağ dənizə gəmilər çıxarıldı. Anamurdan İskəndəriyəyə qədər bütün Misir sahilləri uzaqdan nəzarət altına alındı. Limanlardan dənizə açılan gəmilər, hansı bayraq altında hərəkət edirsə-etsin, durdurulup araştırma aparılırdı. Gürcüstan sularından Berka sahillərinə qədər uzadılan bu mühasirə Səfəvilər, Məmlüklər və Venesiya dövlətlərini rahatsız etmiş və onları bir-birilərinə yaxınlaşdırmışdı. Bu arada baş verən dəyişikliklərlə kapitan Sinan bəy Rumeli bəylərbəyi, qapı ağası Cəfər bəy də Gelibolu kapitanı olmuşdu.

Yeni kapitan 30 aprel 1516-cı il tarixində Qalata Tərsanəsinə gedərək işə başlamış və mayın 5-də İstanbul və İzmit tərsanələrində inşa edilən gəmilər ilə Geliboluya hərəkət etmiş, 1516-cı ilin 8 iyununda verdiyi hərbi hesabatda Cəfər bəy donanmanın düşmənlə qarşılaşdığını və bir xeyli düşmən gəmisini əsir aldığını diqqətə çatdırmışdır(Abdullah Köktürk, 2015).

Həmin ilin 17 iyununda ordu Üsküdardan hərəkət etmiş, 26 iyunda daha öncə yola çıxanlar və yolda qatılanlar ilə Elbistan ovasında birleşmişdir.

Həmin dövrdə donanma dəniz cəbhəsində vəzifəsini yerinə yetirməyə davam edirdi. Bu vəzifənin əsas istiqamətləri Rodos, Krit və Kıpr sularını ciddi nəzarət altında saxlamaq və bütün Misir, Fələstin, Suriya və Adana sahillərinin dəniz yollarını kəsmək şəklində idi. Ayrıca donanmanın bir bölümünə İskəndəriyə limanına giriş-çıxışa nəzarət etmək tapşırılmışdı.



Padşahın Nil çayı ilə səfəri” adlı Osmanlı miniatürü
Gəmilərin inşası tamamlandıqdan sonra onlara kapitanlıq etmək üçün Oruç Rəis, Xızır Rəis, İshaq Rəis və Qurdoğlu Müslihəddin Rəis kimi böyük dəniz kapitanları xidmətə çağırılmışdı. Tunis və Əlcəzairdə başları Fransa donanması ilə mübarizəyə qatışan Barbaroslardan isə heç biri Misir səfərində iştirak edə bilmədilər (Haydar Alpagut, 1937, s. 478).

Qurdoğlu Müslihəddin Reis 4 avqust 1516-cı il tarixində Bizertedə Fransa donanmasını məğlub etmiş, zəbt etdiyi altı fransız gəmisini də öz gəmilərinə qatmış və Misir səfərinə yardımcı olmaq üçün Şərqə doğru yönelmişdi. Bu məğlubiyyətin intiqamını almaq istəyən fransızlar Tunisdə (Goletada) Barbaros Xeyyrəddin Paşaya da yenilərək Fransaya dönmüşdülər (Abdullah Köktürk, 2015).

Avqustun 26-da Suıtan Səlim Mercidabıqta Məmlüklü ordusunu yenmiş və ardınca ayın 31-ndə Hələbe girmişdi. Buna paralel olaraq, donanmanın yardımı ilə Antakyaya qədər olan sahil qalaları da ələ keçirildi. Qurdoğlu sentyabrda öz gəmiləri ilə donanmanın əsas hissəsinə çatdıqdan sonra Antakya-Gazzə arasındaki sahil qalaları da alınmağa başlandı, Misir Məmlükləriniın Suriya sahillərindəki en önemli hərbi dəniz bazası olan Trablusşam da quru qoşunları yetişmədən dəniz qüvvələrinə təslim oldu (Süleyman Nutki,1891, s. 29).

Sultan Selim Yavuz Misir səfərinə çıxarkən İstanbul mühafizi təyin etdiyi Piri Paşaya 20-si “kadırga” olmaqla, toplam 100 ədəd gəminin 9 mart 1517-ci il tarixinə qədər hazırlanmasını əmr etmişdi. Həmin əmrə əsasən, Anadolu və Rumelidəki əcəmi yeniçəri oğlanlarından 2000 nəfər tüfəng və diğər silahlarıyla birlikdə gönderilməli və ayrıca 3000 tüfəng, yetəri qədər güllə, nal, mıx, ayaqqabı ve orduya lazım olan başqa ləvazimatlar da yola salınmılı idi. Bu əmrə uyğun olaraq inşa edilən 106 gəmidən oluşan bir donanma 1517-ci ilin favral ayının başlarında sultanın istdiyi mühumatla birlikdə, Cəfər bəyin başçılığı altında İskəndəriyəyə yola salındı (Türk Silahlı Kuvvetleri Tarihi, 1990, s. 126-127).




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin