Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə75/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   71   72   73   74   75   76   77   78   ...   87
Preveze dəniz döyüşü. Ohannes Umed Behzad, 1866
Xeyrəddin Paşanın başçılığı altında 122 kadırğa və qalyot tipli gəmi və 12000 nəfər ləvəndə qarşı düşmən  112-si kadırğa, 50-si qalyot  və 140-ı barka olmala üst-üstə 300-dən artıq (bəzi qaynaqlara görə 600-dən artıq) gəmiyə 60000 əskərə sahib idi. “Müqəddəs İttifaq” qüvvələri 1538-ci ilin 22 sentyabrında Korfu adası yaxınlığında bir araya gəldilər.

Hadisə yerinə özünü ən son yetirən Andrea Doria və onunla birgə gələn İspaniya-Genuya filotiliyası idi. Onlar yetişmədən öncə Korfu yaxınlarına gələn admiral Marko Qrimaninin başçılıq etdiyi Papalıq və Vinçenzi Kapello başçılığındakı Venesiya filoteliyaları bir neçə dəfə sahilə əsgər çıxarmağa çalışsalar da, itkilər verərək, Osmanlılar tərəfindən geri püskürülmüşdü. Növbəti hücum bütün qüvvələrin birgə iştirakı ilə gerçəkləşdirildi.

Həmin sırada Barbaros hələ Egedəki İstanköy adasında idi. O, dərhal hərəkətə keçərk və yolüstü Kefalyona adasını da alaraq, özünü Pervezeyə yetişdirdi. Sinan Rəis ona əskərləri Narda (Arta) körfəzinin girişində və Prevezeyə yaxın mövqeyi olan Aktiuma yerləşdirməyi təklif etdi. Barbarossa əvvəlcə bu fikrə qarşı çıxsa da, daha sonra bu fəaliyyətdən türk zəfərini zəmanət altına alacağı aydın oldu. Aktiumdaki qalanı tutan türk əsgərləri Barbarosun donanmasını top atəşiylə dəstəkləyərkən Dorianı da gəmilərini sahildən uzaqda tutmağa məcbur edəcəkdi. Səlibçilərin (xaçlıların) zəfər əldə edə bilmələri üçün Aktiuma əsgər çıxarmaları lazım idi. Ancaq Qrimaninin girişdiyi ilk hücumda geri çəkilməsindən sonra Doria, quruda da bir təxribatla qarşılaşmaqdan qorxurdu.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin