Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Preveze dəniz döyüşündə donanmaların düzülüşü



Yüklə 6,76 Mb.
səhifə77/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   73   74   75   76   77   78   79   80   ...   87
Preveze dəniz döyüşündə donanmaların düzülüşü
Xaçlı gəmiləri "Galeone di Venezia"nın köməyinə çatmaq üçün çalışsalar da, Osmanlı qaleralarıyla ətrafı mühasirəyə alınan gəmi, saatlarla sürən çətin bir vuruşmada Osmanlı gəmilərinə çox ziyan versə də, ələ keçirilməkdən xilas ola bilmədi. Nəhayət külək əsməyə başlayanda səlib donanması hərəkətə keçdi. Doria ilk olaraq türkləri dənizə çəkmək üçün nəzərində bir neçə manevr fikirləşmişdi. Siciliya qubernatoru Ferrante Qonzaqa qarışıq flotun sol qanadını, Malta cəngavərləri sağ qanadını tuturdu. Doria ən sürətli qaleralarından dördünü Qonzaqa və Malta cəngavərlərinin arasına, ön mərkəz cəbhəyə yerləşmiş olan qardaşı oğlu Covanni Andrea Dorianın komandasına verdi. Dorianın qaleraları onların arxasında, Qrimani və Kapellonun rəhbərliyindəki Vatikan və Venesiya qaleralarının qarşısında uzun bir xətt meydana gətirəcək şəkildə yerləşmişdi. Ən arxada isə Alessandro Kondalmiero (Bondumyer) əmrindəki Venesiya  qalerləri ilə Françesko Dorianın əmrindəki ispan-portuqal-Genuya qaleraları, qayıqlar və dəstək gəmiləri ilə birlikdə yerləşirdi. Osmanlı donanması "Y" şəklində bir düzülüşə sahib idi. Barbarossa, Sinan Rəis, Cəfər Rəis, Şaban Rəis və oğlu Həsən Rəis ilə birlikdə mərkəzdə idi. Seydi Əli Rəis sol qanada, Saleh Rəis sağ qanada rəhbərlik edirdi (Eren Taştan, 2016).

Artıq qeyd etdiyimiz kimi, Preveze dəniz döyüşü Osmanlının möhtəşəm qələbəsi ilə birmiş, bu qələbənin ardından Cerbe dəniz döyüşündəki növbəti qələbə gəlmişdir. 1560-cı ilin mayında ispan filoteliyası ilə Osmanlı donanması arasında Tunisin Cerbe adası yaxınlığında baş verən həmin döyüşdə Osmanlı donanmasına Piyalə Paşanın başçılıq etdiyi və döyüşün xaçlı gəmilərinin yarısının batırılması ilə nəticələndiyi bilinməkdədir (Matthew Carr, 2009, s. 120-121).

Qanuni Sultan Süleyman dövründə 14 il kapdan-i dərya vəzifəsində olmuş və mühüm qələbələr qazanmış Piyalə Paşa (1515-1578) adını tarixə bir Osmanlı dövlət xadimi və dənizçisi kimi həkk etdirmişdir. Əslən xorvat olduğu söylənilən (Piyale Paşa, 1999, s. 441) atası sonradan müsəlman olaraq Əbdürrəhman adını almışdır. Mohaç müharibəsindən sonra Macarıstandan yığılan bir uşaq kimi kiçik yaşlarda Endurana gətirilib burada təhsil almış, 1547-ci ildə qapıçıbaşı olaraq saraydan çıxmışdır. Sonra Gelibolu bəylərbəyi və kapdan-i dərya olmuş, bu adı 1567-ci ilə qədər saxlamışdır (Mehmed Süreyya,1996,  s. 41-42 ).


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin