Portuqaliya donanması və ya son söz əvəzi
Avropanın İngiltərə, Fransa və Rusiya kimi ölkələrinin öz daimi yelkənli donanmalarına qovuşma tarixi Osmanlı və tatar donanmalarına nisbətətən günümüzə daha yaxın dövrü əhatə edir. Məsələn, Fransa və İngiltərə, eləcə də digər Avropa ölkələrinin donanmaları XVII əsrdə, rus donanması isə XVIII əsrdə, I Pyotrun dövründə qurulmuşdur (Парусный флот, 1897). Portuqaliyaya gəlincə isə, bu dövlətin donanmasının tarixi adı çəkilən dövlətlərin donanmalarının tarixindən bir neçə əsr daha qədimdir. Belə ki, Portuqaliyanın hərbi donanmasının iştirakı ilə baş vermiş müharibələrdən tarixi mənbələr tərəfindən qeydə alınmış olan ilk dəniz savaşı barədə məlumatlar Portuqaliya kralı I Afonsonun hakimiyyəti illərinə, konkret olaraq, 1180-ci ilə aiddir. Söhbət cəngavər Fuas Pupinonun başçılıq etdiyi portuqal donanması ilə Xilafət donanması arasında Əspiçel burnu yaxınlığında baş vermiş müharibədən gedir ki, həmin dəniz savaşının müsəlmanların məğlubiyyəti ilə bitdiyi söylənilir (Мистический Дворец.., 2019).
Bu hadisədən sonra Fuas Pupinonun 1181 və 1182-ci illərdə Cəbbəltariqin Afrika sahilində yrləşən, ərəblərin “Sebta”, ispan və portuqalların “Seuta” və ya “Sevta” adlandırdıqları (Инструкция по передаче.., 1966, c. 27) bölgəyə hücuma keçərək, oranı ələ keçirməyə cəhd etdikləri bilinməkdədir.
Dostları ilə paylaş: |