Juan Qonsalviş Zarku
Digər coğrafi kəşfləri aşağıdakı kimi sıralamaq olar:
1424-cü il. Cil İnes Bocedor burnunu keçir.
1482-ci il. Dioqo Kao və Bartalemeu Dias Zair çayını mənsəbinə gəlirlər. Həmin il Qərbi Afrikada Sao Corge da Mina qəsri tikilir, Dioqo de Azambuca Portuqaliyanın əsas dəniz bazalarından birinə çevrilir.
1488-ci il. Diametrı Bartolomeu Ümid burnuna yetişməyi bacaran ilk Avropalı olur.
1498-ci il. Manuel Vaşku (Vasko) da Qama Hindistana yetişən ilk Avropalı olur.
1501-ci il. Jao Fernades Lavrador və Pero de Barkelos Lobradoraya gəlirlər (The Portuguese Christopher Columbus.., 1992).
Portuqalların və ümumilikdə Avropalıların dünya coğrafiyası barədə biliklərinin daha da genişlənməsində məşhur dəniz səyyahı Manuel Vasko (Vaşku) da Qamanın rolu ölçüyəgəlməzdir.
1497-ci ildə Portuqaliya kralı I Manuelin Hindistana dəniz yolunu kəşf etmək üçün Vasko da Qamanın başçılığı ilə həmin ölkəyə dəniz ekspedisiyası göndərdiyi, Vaskonun Afrika qitəsini keçərək, Hind okenına çıxdığı və qitənin şərq sahilindəki Malindi limanında ərəb dənizçisi Əhməd ibn Məcidi özünə losman götürdüyü, onun köməyi ilə Hindistanın Kojikode (Kəlküttə) şəhərinə gəldiyi və bununla da Hindistana dəniz yolunu kəşf etdiyi bilinməkdədir.
Dostları ilə paylaş: |