Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Orta əsrlərin ərəb və türk donanmaları



Yüklə 6,76 Mb.
səhifə12/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   8   9   10   11   12   13   14   15   ...   87
Orta əsrlərin ərəb və türk donanmaları
Belə hesab olunur ki, ilk orta əsrlərin ən cəsarətli dənizçiləri normanlar olub. Onlar kompassız və Aralıq dənizi mədəniyyətli xalqlarına nisbətən daha az astronomik biliyə sahib ola-ola, öz “drakkar” deyilən sadə və bəsit gəmilərində, okeanda dolaşmaqla qalmamış, İslandiya, Qrenlandiya və hətta Şimali Amerikanı kəşf etməyi də bacarmışdılar. Norman dənizçiləri dəniz quldurları (vikinqlər) kimi hər yerdə dəhşət saçmaqla dünyanın bütün quldur və talançıları üçün ilham mənbəyi kimi çıxış edirdilər. Demək olar ki, avardan istifadə etmir, yalnız yelkənlərə arxalanır, bununla belə yelkənləri ustalıqla idarə edərək, küləyə qarşı üzməyi bacarırdılar. Aralıq dənizində isə əski zamanlarda olduğu kimi, yelkənlərlə yanaşı avarlar da önəmli rol oynayırdılar.

Kompas və dəniz xəritələrinin tətbiqi dənizçilər qarşısında böyük imkanlar açmaqda idi. Bu yeniliklərin sayəsində sahil boyunca adi naviqasiya dövrü sona çatdı. Nəticədə Genuyalı və Venesiyalılar Aralıq dənizindən kənara - Brüge, Gent, Antverpenə səfərlər düzənləmək imkanı qazandılar.

İlk orta əsrlər dənizçiliyindən söhbət açarkən müsəlman, daha dəqiq desək, ərəb dənizçilərindən söz açmadan keçmək mümkün deyildir. Məhz ərəb dənizçiləri sözügedən dövrdə Hind okeanının Ərəbistan yarımadasından Hindistan yarımadasına qədər uzanan qərb hissəsinin əsas sahibinə çevrilmişdilər. Onların kokos palmasının gövdəsindən hazırlanan yastı dibli gəmiləri ilk dövrlərdə çox bəsit və sadə idi (Магидович И. П., Магидович В. И., 1982).

VII əsrdə İslamın doğuşu ilə yeni bir intibah dövrünə qədəm qoyan ərəblər tez bir zamanda Allahın dinini Misir və Hindistana qədər uzanan geniş ərazilərdə yaymağı bacardılar. İslamın dünyanı fəthi başladı və artıq VIII əsrin əvvəllərində bu din Qərbi Afrikadan Şərqi Türküstana qədər böyük bir ərazini əhatə etməkdəydi. Fütuhatın əsas hərəkətverici qüvvəsi ərəblər və müsəlman türklər idi. Fütuhat həm qurudan, həm də dənizdən davam edirdi. Yeni İslami İntibah bütün sahələrdən olduğu kimi, dənizçilik və gəmiçilik sahəsindən də yan keçməmişdi.İlk dövrlərin sadə və bəsit gəmilərini texnologiyanın o dövr üçün son sözü olan yeni və böyük gəmilər əvəz etməkdəydi. Artıq VIII əsrin sonları – IX əsrin əvvəllərində müsəlmanlar Aralıq və Qırmızı dənizlərinin, eləcə də Fars körfəzinin də əsas söz sahibinə çevrilmişdilər. Qərblə Şərq arasındakı bütün quru və dəniz ticarət yolları müsəlmanların nəzarətində idi. Dəniz ticarəti və mal mübadiləsi Qırmızı dənizdəki Ciddə və Mokka, Ədən körfəzindəki Ədən, Fars körfəzindəki Bəsrə və Hörmüz, eləcə də Ərəb dənizindəki Muskat limanlarından keçərək Hindistan yarımadası və Çin sahillərinə qədər uzanırdı.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin