Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Kaşğarlı Mahmudun (XI əsr) Türk dünyasının ərazilərinin əks olunduğu xəritəsində Xəzər və Qara dənizlər də yer almaqdadır



Yüklə 6,76 Mb.
səhifə15/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   11   12   13   14   15   16   17   18   ...   87
Kaşğarlı Mahmudun (XI əsr) Türk dünyasının ərazilərinin əks olunduğu xəritəsində Xəzər və Qara dənizlər də yer almaqdadır
Kelnizleyü aktımız (Sellərcəsinə axdıq),

Kendler üze çıktımız (Şəhərlər üstünə çıxdıq).

Furxan evin yıktımız (Tapınaaları yıxdıq),

Burxan üze sıçtımız (Budanın üstünə sıçdıq) (Tayfun Timoçin,2017).

Artıq qeyd etdiyimiz kimi, əlimizdə ilk orta əsrlərə aid türk gəmiçilik sənəti barədə çox az məlumat vardır. Bu məlumatlardan biri tanınmış ərəb səyyahı İbn-Fədlana aiddir. O, 921-922 - ci illərdə İdil (Volqa) Bulqar dövlətini ziyarət etmiş, ölkənin İdil çayı sahilində yerləşən paytaxtı Bulqar şəhərinin əsas çay ticarəti limanlarından və mərkəzlərindən biri olduğu, bura və buradan gəmilərlə mal daşınması barədə çox önəmli məlumatlar vermişdir (Ковалевский А. П., 1956).

İdil bulqarlarının “aslanki” // “aslamki” adlandırdıqları ticarət gəmilərindən soz açan Bolqarıstanlı tədqiqatçılar İ. Todorov və Q. Vodniçarovun yazdıqlarına görə, bu gəmilər öz konstruksiya və xarici görkəmi ilə ərəblərin “dhau” gəmilərini xatırlatmaqda idi. Uzunluqları 6-12 sajen, eni 2-3 sajen, yükdaşıma həcmi 1000-5000 pud arasında dəyişirdi (Тодоров И., Воденичаров Г., 1981, s. 369; Дмитренко C., 2016).

İlk orta əsrlərə aid türk gəmiçilik sənəti barədə məlumat çox az olsa da, IX-X əsrlərdə bulqarlar, IX-X əsrlərdə Türk-Tulunoğullarının, XI əsrdə Səlcuqluların, XII-XIV əsrlərə aid Türk-Əyyubilərin, eləcə də Məntəşoğulları, Aydınoğulları, Təkəoğulları, Qaramanoğulları və Saruxanoğulları bəyliklərinin, Məmlüklərin və Uluq Ordanın (türk-tatar) donanmaları barədə bəzi önəmli məlumatlara sahibik.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin