Səlahəddin Əyyubi
Yəmənin ələ keçirilməsindən sonra Səlahəddin bu ölkənin limanlarının genişləndirilməsini, yeni gəmi tərsanələrinin qurulmasını və Ədən körfəzini nəzarət altında saxlamaq üçün yeni bir donanmanın inşasını əmr etdi.
Bütün bu fəthlərlərə baxmayaraq, Səlahəddin Əyyubiyə şöhrət qazandıran əsas məsələ onun işğalçı xaçlılar üzərində qazandığı möhtəşəm qələbələr olub. Onun xaçlılarla apardığı müharibələrin zirvəsi Fələstindəki Xitin yaxınlığında baş verən döyüş idi. Səlahəddin düşmən ordusunu böyük bir hərbi məharətlə susuz bir əraziyə cəlb etdi, burada xaçlı süvarilərinin bir qismi müsəlmanların atəşə verdiyi quru otun tüstüsündən boğuldu, digər qismi isə isti və susuzluq üzündən döyüş qabiliyyətini tamamilə itirdi. Nəticədə Səlahəddinin qəhrəman müsəlman türkmənlərdən, qisməndə ərəb və kürdlərdən ibarət əsgərləri xaçlıları darmadağın etdilər. Qüds Krallığının, demək olar ki, bütün cəngavərlərinin məhv edildi. 1187-ci ilin sentyabrın sonu - oktyabrın əvvəllərində Qüds işğalçılardan təmizləndi (История арабских стран, 2005).
Səlcuqlu türklərinin dəniz millətinə çevrilməsi Əmir Çaqa bəyin adı ilə bağlıdır. Çaqa bəy Səlcuqlu ordusunun quru qoşunlarının əmirlərindən biri olmuş, 1078-ci ildə yaralanaraq Bizanslılara əsir düşmüş və Konstantinopola göndərilmiş, oradadakı əsarət dövründə dənizə və dənizçiliyə maraq duymağa başlamışdır.
Dostları ilə paylaş: |