Gəmilərlə Yaponiya ərazisinə gəlmiş tatar döyüşçülərlə yapon samuraylarının döyüşün və tatar gəmilərinin fırtınada batmasını əks etdirən yapon miniatürü
Gəmilərlə Yaponiya ərazisinə gəlmiş tatar döyüşçülərlə yapon samuraylarının döyüşün və tatar gəmilərinin fırtınada batmasını əks etdirən yapon miniatürü Tatarların Yaponiyaya dəniz yürüşündən düz 7 əsr sonra, daha dəqiq desək, 1980-ci ildə yapon arxeoloqu Torao Mozai tatar donanmasına aid hərbi gəmilərindən bəzilərinin qalıqlarını, tatar əskərlərinə aid çox dəbilqə yay və oxlarla yanaşı, top mərmilərini aşkar etməyə nail olmuşdur. Top mərmiləri tapılsa da, topların özünü tapmaq mükün olmamamışdır. Dövrümüzədək tatar hərbi gəmilərinin əks olunduğu bir neçə yapon miniatürü yetişmişdir ki, həm sözügedən miniatürlər, həm də arxeoloqların tapdıqları gəmi qalıqları XIII əsr türk-tatar donanması və hərbi gəmiləri barədə müəyyən təsəvvür yaradır (Монгольский флот, 2020).