XIII əsrə aid topçu türk-tatar hərbi gəmisi. Yapon miniatürü
Yuxarıda qeyd etdiyimiz kimi, bəzi mütəxəssislər türk-tatar donanmasının əsasının Kubilay xan tərəfindən qoyulduğu fikrindədirlər. Fəqət tatarların Vyetnama sonrakı digər yürüşlərində olduğu kimi, birinci yürüşü zamanı (1257-1258) da, yəni Kubilay Xanın taxta çıxmasından bir neçə il öncə quru qoşunları ilə yanaşı, həm çay, həm də dəniz gəmilərindən istifadə etdikləri barədə yetərincə məlumat bulunmaqdadır.
Tatarların Vyetnamı 1257-1258, 1284-1285, 1287-1288 –ci illəryürüşləri ilə hissə-hissə ələ keçirdikləri bilinməkdəir.
Əldə olan məlumatlar bizə hələlik tatarların Kubilay Xana qədər yalnız çay donanmasına sahib olduğunu, dəniz donanmasının isə məhz sözügedən xaqanın dövründə qurulduğunu söyləməyə imkan verir. Maraqlıdır ki, dövrümüzədək Kubilay Xanın yapon imperatoruna göndərdiyi yarlığın yapon və Çin dillərinə tərcüməsi yetişmişdir ki, bu mətnlərdə 4 okeandan və ya 4 dənizdən söhbət gedir (James Legge, 1970, s. 54). Həmin məktubun yapon imperatoruna xaqanın elçiləri tərəfindən 1268-ci ildə çatdırıldığı bilinməkdədir (Chase Kenneth W., 1990). Türkcə yazılmış orijinal mətni hələlik tapılmayan mət yapon dilində aşağıdakı kimidir:
Dostları ilə paylaş: |