Qədim yunana ticarət gəmisi (e.ə. 300-cü illər)
Ticarət gəmilərinin giləsi qaya palıdından, çərçivələri qara akasiyadan düzəldilirdi. Qaplaması cökə və ya qırmızı fıstıqdan olar, dalğalardan qorunmsı üçün yanları dəri ilə örtülərdi. Gəmilər avarlar və yelkənlə hərəkətə gətirilirdi.
Əlimizdə e.ə. VIII əsrlərə aid edilən, Afina yaxınlığından tapılan qədim vazalar üzərindəki gəmi təsvirləri də vardır ki, onlard a mövzu ilə bağlı biliklərimizin artmasına yardım etməkdədir. Həmin təsvirlərdən belə məlum olur ki, yunanlar o dövrdə otuz avarlı “trikantor” və əlli avarlı “pentekontor” tipli hərbi gəmilərdən geniş istifadə etməkdə idilər.
Trikantor öz konstuksiya və dizaynına görə Krit gəmilərinə çox oxşayırdı, burun tərəfinə taxtadan oyulmuş Qorqonanın buynuzları bağlanır, əjdəha formasında olurdu. Belə bir gəmi düşmənlərə güclü bir psixi təsir göstərirdi.
Olduqca yüksək dayaqlar sayəsində avarlar normaya yaxın bir bucaq altında suya girirdi ki, bu da onların səmərəliliyini azaldırdı. Bir neçə əsr sonra, bu çatışmazlıqlar əlli avarlı gəmilərdə - pentekontorlarda aradan qaldırıldı. Belə gəmilərin hər tərəfində 25 avar olardı, uzunluğu 28-33 metrə, eni isə 4 metrə çatırdı.
Pentekontorlar əsasən göyərtəsiz idilər, yəni üstüaçıq gəmilər idi. Bununla birlikdə, bəzən göyərtə quraşdırılmış pentekontorlar (kataprakt) da tikilirdi. Göyərtənin olması avarçəkənləri günəşdən və düşmənin mərmilərindən qoruyur, gəminin yük-sərnişin tutumunu da artırdı. Göyərtədə əvvəlcə zəruri ləvazimat - atlar, döyüş arabaları və əsgərləri daşımaq mümkün idi. Onların sahilə çıxarılması daha asan olurdu (Павлюченко Ю. Н., Гундобин А. А., Турмов Г. П., 1992. s. 154).
Belə gəmilərin sürəti təxminən 9.5 knot (17.5 km / s) idi. Sürətin daha da artırılması üçün avarçəkənlərin sayının artırılması tələb edilirdi. Bu səbəbdən də yunan və Finikiya gəmi istehsalçıları yeni texnologiyalar tətbiq edirdilər, avarçəkənlərin sayını artırmaq üçün gəminin uzunluğunu artırmaq mümkün deyildisə, daha yüksək gəmilər tikilir, onlar iki mərtəbəli olur və avarçəkənlərin ikinci sırası birincinin üstündə, yəni ikinci mərtəbədə yerləşdirilirdi. “Bireme” (e.ə. VIII əsrin sonları) tipli gəmilər bu şəkildə meydana gəlmişdi (Бирема, 1915).
Dostları ilə paylaş: |