Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə76/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   72   73   74   75   76   77   78   79   ...   87
Preveze dəniz döyüşü. Osman Nuri Paşanın tablosu
25 və 26 sentyabrda daha iki dəfə, ancaq bu səfər Aktiumun tam qarşısındakı Preveze qalasını hədəfləyərək, əsgərlərini quruya çıxarmağa cəhd edən səlibçilər Murat Rəis tərəfindən geri çəkilməyə məcbur edildi. Tərs küləyin onları türklərin olduğu sahillərə yanaşdırmasından qorxan Dorianın gəmilərini sahildən çox uzaqda tutması Xeyrəddin Paşaya üstünlük təmin edirdi. Bu vəziyyətə düşmək istəməyən Doria, sentyabrın 27-dən 28-ə keçən gecə 30 dəniz mili cənuba hərəkət etdi və külək sakitləşdikdə Lefkada adası yaxınlığındakı Sessolaya lövbər saldı. O gecə Doria və komandirləri əllərindəki ən yaxşı variantın İnebahtıya doğru bir hücum təşkil etmək və Barbarossanı döyüşməyə məcbur etmək olduğuna qərar verdilər.

Dan yeri sökülərkən türklərin üzərlərinə doğru gəldiyini görən Doria çaşqınlıq keçirdi. Barbaros cənub tərfə irəliləmiş, Turqut Rəis isə 6 böyük karevella ilə sol qanad sahildə yaxşıca möhkəmlənmişdi. Sayca az olan Osmanlı qüvvələrindən beləsinə cəsur bir hücum gözləməyən Doria, Qrimani və Kapellonun təzyiqlərinə baxmayaraq, ancaq 3 saat sonra lövbər qaldırmaq və döyüşə hazır olmaq əmri verə bildi. İki donanma, nəhayət, sentyabrın 28-cə Arta körfəzində, Preveze sahillərində bir-birlərini nişan aldı. Küləyin olmaması Dorianın zərərinə idi. Böyük silahlara sahib nəhəng Venesiya bayraq gəmisi "Galeone di Venezia" bu səbəbdən sahildən 4, Sessoladan 10 mil uzaqda hərəkətsiz qalmışdı (Превеза, 1968, s. 525).




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin