Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə84/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   79   80   81   82   83   84   85   86   87
Vasko da Qama
Hindistanla ticarəti öz əllərində saxlayan müsəlman tacirlər portuqalların bura gəlişindən narahat olaraq, Kəlküttə hakiminin sahilə çıxan portuqalları həbs etdirməsinə nail olurlar. Buna cavab olaraq Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmır. Hakimin əyanlar üçün göndərdiyi qayığı isə atəşə tuturlar. Vasko da Qama buradan çoxlu ədviyyat alaraq Avropaya qayıdır. Gətirilən ədviyyatlar ekspedisiyaya çəkilən xərclərdən 60 dəfə çox qazanc götürməyə imkan verir (James Bruce, 1805).

1500-cü ildə Hindistana 13 gımilik bir armada göndərilir. Armadaya başçılıq edən Pedro Alvaris Kabral Hindistana getmək əvəzinə səhvən Braziliyaya çatır və beləcə 1501-ci ildə Braziliya kəşf edilmiş olur. Eyni ildə, yəni 1500-ci ildə Hindistana göndərilən donanmanın kapitanlarından biri Diametrə Dioqo Ümid burnundan keçərək Madaqaskara yetişir və Madaqaskarı kəşf edən ilk Avropalı olur (The Portuguese Christopher Columbus.., 1992).



Hindistana dəniz yolu kəşf edildikdən sonra portuqallar artıq qaleon tipli gəmilərə üstünlük verməyə başlayırlar və bundan sonra Hindistanda möhkəmlənmək üçün yerli müsəlmanların müqavimətini qırmaq məsələsi ortaya bir nömrəli məsələ kimi çıxır. 1509-cu ildə müsəlmanlarla Diuda baş verən dəniz savaşında Fransisko de Almeydanın başçılıq etdiyi donanma ilk böyük qələbəsini qazanır. Beləcə, portuqallar Hindistanda möhkəmlənməyi bacarırlar. Buna paralel olaraq, Mərakeşdə də müəyyən uğurlara nail olan Portuqaliya Əs-Səfi (Safim), Əl-Əzmur (Azamor), Mazaqao, Əs-Souria (Maqador) sahil şəhərlərini işğal edir.

1515-ci ildə Portuqaliya Hörmüz adasını ələ  keçirdi və müslümanların ticarət gəmilerine qarşı maneələr yaratmağa çalışdı (Ertuğrul Önalp, 2012; Refik Özdek, III, s. 538). Bu azmış kimi, portuqallar Hicaza da təhlükə yaratmaqda idilər.  1517-ci ildə Salman Rəis başçılğında Ciddə şəhərinin müdafiəsi təşkil edildi. Xadım Süleyman Paşa Ədənin  və Yəmənin azad edilməsi ilə portuqal təhlükəsinin dəf edilə bilinəcəyini bildirdi və qüvvətli bir donanmanın hazırlanması üçün I. Süleymandan izin aldı (Ertuğrul Önalp, 2008).

Yeri gəlmişkən qeyd edək ki, 1517-ci il tarixə portuqalların Çinə yetişməsi ili kimi düşmüşdür. 1522-ci ildə isə onlar Avstraliya, Tayvan və Yaponiyanı da özlər üçün kəşf etdilər. Bütün bu kəşflər müsəlmanların ticarəti üçün böyük təhlükə yaratmaqda idi. Odur ki, Osmanlılar 1525-ci ildə Süveyşdə bir dəniz bazası qurdular və 1530-1531 – ci illər arasında 60 ədəd gəminin gətirdiyi xammal ilə təqribən 80 yeni gəmi inşa etdilər (Refik Özdek, III, s. 538). Bu arada Xadim Süleyman Paşa Səfəvilərə qarşı savaşmaq üçün Şərqə getmişdi. 1536-cı ildə Qucerat Sultanlığından üç gəmilik bir elçi heyəti gəldi, qiymətli hədiyyələr gətirən elçilər Portuqaliyaya qarşı Osmanlı dövlətindən yardım istədilər. Bu məqsədlə yeni gəmiler inşa edildi və donanmanın əksikləri aradan qaldırıldı və 13 iyun 1538-ci il tarixinde 20.000 əskər ilə səfərə çıxıldı.

Süleyman Paşa'nın donanması 85 gəmidən ibarət idi. Bu arada portllıların kəşfiyyat məqsədi ilə göndərdiyi iki gəmi ələ keçirilmişdi. Buna baxmayaraq, Portuqaliya Osmanlı donanmasının planlarını öyrənə bilmişdi və Hind okeanında lazımi tədbirlər almışdı. Xadim Süleyman Paşa avqustun 3-də Ədən önlərinə gəldi və şəhər geri alındı. Salman Rəisiin əski köləsi, hazırda vali olan Xoca Səfər Hindistanda müttəfiqlər tapdı və Diu qalası mühasirəyə alındı. Fəqətt Xoca Səfər yaralandı, bu arada Osmanlı donanması savaş yerinə yaxınlaşmaqda idi. Portuqallar bundan xəbərdar idilər. 4 sentyabr 1538-ci il tarixində donanma Diu önlərində lövbər atdı. Yolda bir çox gəmi fırtınalar səbəbidən batmış və donanma güçünün gücünün bir hissəsini itirmişti.

Süleyman Paşa qalanı 700 əskərin qoruduğunu öyrəndi. Belə olan halda, hər hansı bir dəniz savaşına girmədən qalaya hücum edilməsi qərarlaşdırıldı. Vəziyyəti Qoadakı Portuqaliya rəhbərliyinə çatdırmaq üçün bir portuqal gəmisi limanı tərk edə bildi, Osmanlı gəmiləri ona çata bilmədi. Gəmi Qoaya baş verənləri bildirdi. Osmanlılar Diu sahilinə 700 yeniçəri çıxardılar, fəqət yeniçərilərin bölgə xalqına çox da xoş davranmaması səbəbindən yerli müttəfiqlər Osmanlı qüvvələrinin yanından ayrıldı. Bu, diğər yerli hakimlərin də yardım etməmələrinə səbəb oldu. Bölgədə təkbaşına qalan Osmanlı ordusu, 10 centyabrda hücuma keçdi. Xoca Səfər iki gəmini bir-birinə pərçimləyərək, onların üzərinə bir qüllə inşa etdirdi. Qüllənin içi barıtla dolduruldu. Plana görə gəmilər sahilə yanaşacaq və bu qüllə ilə portuqal qalası təxrib ediləcəkdi (Ertuğrul Önalp, 2008). Fəqət portuqallar bu qülləni gecə qaranlığında oda verməyi bacardılar. Bütün hücum səylərinə rəğmən qala alına bilmədi, Noyabrın 2-də əskərlər gəmilərə geri döndülər və müdafiə sona çatdı. Xoca Səfərin birlikləri də bundan dörd gün sonra geri çəkildi və savaş faktiki olaraq nəticəsiz sona çatdı (Jeremy Black, 2002, s 60).

Aralarındakı fikir ayrılıqları səbəbindən portuqal donanması Osmanlılara hücüm etmədi və bu səbəbdən də hər hansı bir dəniz savaşı yaşanmadı. Geriyə dönərkən beş Osmanlı gəmisi batdı (Ertuğrul Önalp, 2008). 

1542-ci ildə portuqal donanmasının Süveyşdəki Osmanlı gəmilərini məhv etmək üçün Qırmızı dənizə daxil olduğu, bir müddət sonra Ədəni işğal etdikləri bilinməkdədir.

1547-ci ildə Süveyş donanmasının başına Piri Rəis təyin edildi. Həmin ilin oktyabr ayının 29-da  Piri Rəis donanması ilə Ədəndə hakimiyyəti bərpa etmək məqsədilə dənizə açıldı. Qala dənizdən donanma, qurudan isə sancaqbəyi Qasım tərəfindən mühasirə edildi. Yaxınlarda bulunan portuqal gəmiləri qaçdı, Mühasirə nəticəsində qala azad edildi. Bundan sonra Sultan I Süleyman, Piri Rəisin portuqallar xəbər tutmadan Bəsrəyə keçərək, orada donanmasına əskər və gəmi əlavə edərək, Hörmüz adasını fəth etməsini əmr etdi. Fəqət Piri Rəis hərəkatın gizliliyini təmin edə bilmədiyi kimi yetərincə güc də toplaya bilmədi, nəticədə 1552-ci ildə həyata keçirilən mühasirə uğursuzluqla sonuclandı və Piri Rəis edam edildi (Ertuğrul Önalp, 2012; Piri Reis'in Hayatı.., 2012). 

1554-cü ildə Seyid Əli Rəis başçılığındaki Osmanlı donanması Hind okeanında Portuqaliya donanması üzərində qələbə çaldı. Fəqət gələn yeni portuqal hücumları donanmanı yıpratdı, Əli Rəis əlində qalan bir neçə gəmi ilə Qucarat sultanlığına sığındı və 1556-cı ildə İstanbula döndü. Bu səfərlərin ardından Sumatradakı Ace sultanlığı Osmanlı dövlətindən yardım istədi (Emine Dingeç, 2010). Açe sultanı Əlaəddinin məktubu İstanbula çatanda I Süleyman artıq ölmüşdü, yerinə keçən II Səlim bu tələbə masbət cavab verdi və Osmanlılar Sumatralı dənizçilərə təlim verməyə başladılar (Emine Dingeç, 2010). 

Həmin dövrdə Osmanlı donanması Hind okeanında tam hakimiyyət qura bilməsə də, müsəlmanların portuqallara qarşı dirənə bilməsini təmin edə bildi (Halil İnalcık, 1948). Bununla belə, XVI əsrin sonlarına doğru Osmanlılar dəniz ticarətində Avropalılardan geri qalmağa başladılar.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin