Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Portuqal gəmisi (Orta əsrlər miniatürü)



Yüklə 6,76 Mb.
səhifə81/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   77   78   79   80   81   82   83   84   ...   87
Portuqal gəmisi (Orta əsrlər miniatürü)
XIII əsrdə Portuqaliya donanmasının fəaliyyətinin əsas istiqamətini bəzi xristian ölkələrlə və müsəlmanlarla müharibələr və ticari rəqabət təşkil etmişdir ki, bu sırada Əl-Qəsr, Sol, Silves və Faro kimi sahil şəhərlərinin istilasını xüsusi qeyd etmək lazımdır. Deyilənlərə Qalisiya və Əndülüsün işğalını, eləcə də Kastiliyaya qarşı döyüşləri əlavə etmək olar.

1317-ci ildə Portuqaliya kralı Denis daimi fəaliyyət göstərən kral donanması yaratdı və Manuel Pesenx bu donanmanın admiralı təyin edildi. Məhz onun başçılığı altında 1321-ci portuqal gəmiləri Şimali Afrikanın müsəlman limanlarına bir neçə uğurlu səfərlər həyata keçirdilər.

1323-cü ildə Portuqaliyada dəniz sığortası tətbiq edilməyə başladı, 1336 və 1341-ci illərdə kral IV Afonsonun təşəbbüsü ilə donanmanın dənizdəki nüfuz sahəsini genişləndirə bilmək üçün Kanar adalarına yürüşlər təşkil edildi.

1383-1385 – ci illər böhranı zamanı Kastiliyaya qarşı savaşda aktiv iştirak edən donanma Qalisiyanın Bayona, Korunya və Neda şəhərlərinin alınmasında, eləcə də Ferrol dəniz bazasının və Lissabonu mühasirəyə almış Kastilyaya aid bir neçə gəminin darmadağın edilməsində önəmli rol oynadı. Nəticədə 1384-cü ilin iyulunda Lissabon mühasirədən qurtuldu.

XIV əsrin sonları portuqalların müsəlmanlara çoxdan məlum olan, fəqət Avropalılara sirr olaraq qalan bir neçə coğrafi kəşfə imza atdılar. Məhz bu kəşflər sayəsində Portuqaliya Osmanlılarla dənizlərdə və okeanlarda rəqabət apara biləcək bir imperiyaya və okean gücünə çevrildilər.

XV əsrin əvvəlləridə bütün Avropanın başı müharibələrə qarışıq idi. Bu da portuqal dənizçilərinə öz coğrafi kəşflərinin miqyasını artırmağa imkan verməkdə idi. Bir sözlə, Portuqaliya sərbəst və uğurlu şəkildə Atlantik okeanda tədqiqatlar apamaq imkanına sahib olan yeganə Avropa ölkəsi idi. O, Şimali Afrikaya səfərlər təşkil edir, Kanar adalarının Afrika sahillərində coğrafi tədqiqatlar aparır, Atlantik okeanı öyrənir, yeni naviqasiya metodlarını inkişaf etdirir, yeni-yeni xəritələr cızırdı. Əlbəttə, bu xəritələ hələlik müsəlman xəritələrindən çox geri qalırdı, lakin inkişaf göz qabağında idi. Təbii ki, əsas məqsəd yeni-yeni müstəmləkələr əldə etmək idi. Bu səbəbdən də Portuqaliya Mərakeşə dəniz yürüşləri təşkil edilirdi. 1412-ci ildən başlayan həmin yürüşlərin birində, 1415-ci ildə Cevta ələ keçirildi.

Tarixçilər 1412-ci ili portuqallar tərəfindən Afraka qitəsinin əsaslı şəkildə tədqiq etməyə başladıqları il kimi qeyd edir və bildirirlər ki, tədqiqatlar 1488-ci ildə Ümid burnunun keçilməsi ilə son bulmuşdur (Португалия – родина.., 2013).

Portuqallar dünyaya bir çox məşhur dəniz səyyahı bəxş etmişdir ki, məhz onların sayəsində Avropanın “dünyanın hüdudları” barədə görüşləri önəmli dərəcədə genişlənmiş və nəhz bunun sayəsində bir neçə əsr sonra Avropa tədricən müsəlmanları sıxışdıraraq, dünya sivilizasiyanın mərkəzinə çevrilməyi bacarmışdır.




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin