Birinci mərhələ: Zərr aləmidir Hədislər bu aləmi bizə belə izah edir: «Bu aləm insanların ruhlarının yaşadığı aləmdir. İnsanların ruhları orada bir-birini görür. İnsanların ruhları sonra gəlib cisimlərlə tərkib tapır və insan bir mövcud halında, Allahın yaratdığı məxluq kimi dünyada yaşayır.
İkinci mərhələ: Ananın bətnidir. İnsanlar bir müddət orada yaşadıqdan sonra üçüncü aləmə daxil olurlar.
Üçüncü mərhələ: Dünyadır. İndi biz bu aləmdə yaşayırıq. Şübhəsiz ki, bu aləmdən də köçüb başqa aləmə səfər edəcəyik. Hər bir insan qarşıda müxtəlif mərhələdən keçəcək. Onu gələcəkdə çox çətin vəziyyətlər gözləyir. O hadisələri görməyə, o halları keçirməyə, o mərhələlərə daxil olmağa insan özünü hazır etməlidir. Bunlara hazır olanlar böyük nailiyyətlərə çatacaq. Hazır olmayanlara isə həyatda çox böyük zərbələr dəyəcək. Bizim, gələcəkdə üzləşdiyiz aləmlər, yeddi əsas mərhələdən ibarətdir. Bunlar ölüm, qəbir, nüşur, mizan, hesab və kitabdan ibarətdir.