Бядии редактор



Yüklə 0,95 Mb.
səhifə18/49
tarix10.01.2022
ölçüsü0,95 Mb.
#109700
1   ...   14   15   16   17   18   19   20   21   ...   49
Birinci: Ölümdür.

İnsan istədi-istəmədi və gözləmədiyi halda onu haqlayan mərhələ ölüm mərhələsidir. Bu barədə «Ənkəbut» surəsinin 56-cı ayəsində buyurulur: «Bütün insanlar ölümü dadacaq, sonra isə bizə tərəf qayıdacaqlar.»

«Nisa» surəsinin 78-ci ayədə buyurulur: «Harada olsanız, ölüm sizi haqlayacaq. Baxmayaraq ki, möhkəm və alınmaz qalalarda yaşıyasınız.»

«Ali-İmran» surəsinin 145-ci ayədə buyrulur: «Heç bir insan Allahın icazəsi olmadan ölə bilməz. İnsanların yaşaması üçün müəyyən vaxt təyin olunub ki, o təyin olunan vaxta qədər onlar dünyada qalacaqlar».

Digər ayədə buyurulur: «Cihadda iştirak etməyən münafiqlər müharibədə şəhid olanları (məzəmmət) edərək «biz onlara dedik getməyin. Onlar isə bizim sözümüzə baxmayıb gedib müharibədə iştirak edərək öldürüldülər»- deyirdilər. Ya Peyğəmbər! onlara de ki, siz düz deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın. Siz ölümdən qaça bilməyəcəksiniz. Ölüm sizi tapacaq».

«Cümə» surəsi, 10-cu ayə: «Siz qaçıb, uzaqlaşdığınız ölümlə nəhayət ki, görüşəksiniz. Sonra isə Allaha tərfəf qayıdacaq və etdiyiniz əməlləri sizə xəbər verəcəklər».

Əli (ə) buyurur: «Siz ölənlərin nələr gördüklərini görsəydiniz qorxudan özünüzü yığışdırıb haqqı dinləyib itaət edərdiniz. Amma heyiflər olsun ki, onların gördükləri sizlərə qaranlıqdır. Lakim yaxın gələcəkdə bu pərdə sizin gözünüzdən götürüləcəkdir.»

İslam Peyğəmbəri (s) buyurur: «Əgər heyvanlar sizin ölüm haqda bildiyinizi bilsəydilər istifadə etmək üçün onlardan yağ əldə edə bilməzdiniz.» Bir gün olacaq ki, günəş çıxdığı yerindən batacaq. Bu gün insanların qarşısında olan ən çətin anlarından və keçəcəyi ən ağır mərhələlərindən biridir.



İkinci: Qəbir və bərzəxdir.

İnsan öldükdən sonra qoyulduğu yer qəbir, öləndən sonra yaşadığı həyat isə bərzəxdir.

«Möminun» surəsinin 100-cü ayəsində duyrulur: «Onlar qarşıda Qiyamətə qədər bir müddət Bərzəx aləmində yaşayacaqlar».

Peyğəmbər (s) buyurur: «Axirətdə olan mənzillərin əvvəlincisi qəbirdir. Orada nicat tapanlar üçün sonrakı mənzillər rahat olacaq.»

Buyurulur: Ruh bədəndən ayrılanda insana üç nida gəlir: Ey adəm övladı hanı o güclü bədənin? İndi gör necə zəifləmisən. Hanı o yalan danışan dilin? İndi gör necə susmusan. Hanı o yoldaşların ki, səni bu vəhşətin içində tək qoyublar?

Kəfənə bürünərkən yenə üç xitab gələr: Ey adəm övladı, çox uzaq səfərə gedirsən, amma özünlə heç nə aparmırsan. Öz evindən çıxırsan. Həmişə evdən çıxarkən yenə qayıdardın. Amma bu dəfə bir daha qayıtmayacaqsan. İndi qorxulu və qaranlıq bir evə gedirsən.

Tabutun içinə qoyub apararkən də üç xitab yetişər: Ey adəm övladı, əgər yaxşı əməllərin çoxdursa, onda xoş halına.

Meyit namazı qılınmağa başlanarkən deyirlər: Ey Adəm övladı, indi elə bir vaxtdır ki, bütün əməllərini görəcəksən.

İnsanı qəbirə qoyanda da üç xitab gələr: Ey adəm övladı yer üzündə gəzərkən gülə-gülə gəzirdin, yerin altına daxil olarkən bəs niyə ağlayırsan? Yer üzərində çox şad gəzirdin, indi qəmginsən. Yer üzündə danışa-danışa gəzirdin, söhbət edirdin, indi isə sakit olmusan.

Onu dəfn etdikdən sonra hamı dağılışıb gedər. Allah özü ona belə xitab edər: Ey Mənim bəndəm gördün ki, hamı getdi və indi burada tək qaldın. Səni bu qaranlıq torpağın içində qoyub getdilər. Onlara görə (onların ucbatından) Mənə günah edirdin? Onlara görə yalan danışırdın? Günah qalmırdı, haram qalmırdı, qarışdırırdın bir-birinə. Mən bu gün sənə rəhm edəcəyəm, elə bir rəhm edəcəyəm ki, bütün insanlar təəccüb edəcək. Ana balasını nə qədər sevirsə, ondan da çoxdur mənim sənə olan məhəbbətim. Sən mənə günah edirdin onlara görə. Amma, mən səni bağışlayıram səni istəyirəm, səni sevirəm.

Həzrət Əli (ə) qəbristanlığa daxil olur. Hamı görur ki, Əli ölülərlə danışır.

Ravi deyir ki, gördüm Əli (ə) səsləndi:

-Ey mömin kişi və qadınlar salam olsun sizə. Cavab gəldi:

-Əleykəssəlam ya Əmirəl-Möminin!

Həzrət buyurdu ki, əvvəl mən sizə öz xəbərlərimdən danışım, yoxsa siz mənə orada olan xəbələrdən danışırsınız?

Cavab gəldi ki, ya Əmirəl-Möminin, sən öz xəbərlərindən danış.

Əli (ə) buyurdu:

-Həyat yoldaşlarınız sizdən sonra ailə həyatı qurdular. Mallarınızı vərəsələrə payladılar, böldülər, yedilər. Övladlarınız isə yetimlər sırasına qoşuldular. Düşmənləriniz də gəlib evlərinizdə oturdular. Bu bizim xəbərlər idi. İndi də siz öz xəbərlərinizi deyin!

Biri cavabında həzrətə dedi:

-Ya Əmirəl-möminin, burada bizə bükülən kəfənlər parçalandı; dərilərimiz parçalandı, çürüdü; gözlərimizin bəbəyi üzümüzdən axıb torpağa töküldü; beynimiz çirk olub ağzımızdan, burnumuzdan, qulaqlarımızdan töküldü. Amma bura nə göndərmişdiksə, gəlib gördük ki, hamısını saxlayıblar. Namazlarımız, oruclarımız, ibadətlərimiz, Quranımız, təqvamız, yaxşı və pis olan bütün əməllərimizi saxlayıblar. Onların hamısını gəlib gördük. Günahlarımızı görüb başa düşdük ki, ziyan etmişik. Biz əməllərimizdən asılıyıq. İndi Allahın rəhmətindən başqa heç nəyə ümüdümüz yoxdur.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin