Бядии редактор



Yüklə 0,95 Mb.
səhifə19/49
tarix10.01.2022
ölçüsü0,95 Mb.
#109700
1   ...   15   16   17   18   19   20   21   22   ...   49
Üçüncü: Nəşrdir (dirilmək).

Yəni dünyanın axırında Allahın əmri ilə iki dəfə sur çalınacaq. Buna Suri-İsrafil deyilir.

1-ci dəfə çalınanda bütün dirilər öləcək.

2-ci dəfə çalındıqda isə hamı diriləcək və qiyamət başlayacaq.

Bu hadisəni Quran «Zumər» surəsinin 68-ci ayəsində belə buyrur: «Sur çalınarkən yerdə və göydə olan bütün canlılar Allahın izni ilə öləcək. İkinci dəfə sur çalındıqda isə onlara dirilmək haqqında nida gələcək və onlar hamısı dirilib hesabın çəkilməsini gözləyəcəklər ».

«Yasin» surəsinin 51-ci ayəsində buyrulur: «İkinci dəfə sur çalındıqda bütün insanlar qəbirdən durub dəstə-dəstə Allaha tərəf-məhşər səhnəsinə gedib orada hazır olacaqlar. Çəyirtkələr səpələndikləri kimi, onlar da pərakəndə düşəcəklər. Sonra isə gedib hesabat verəcəklər.»

«Əbəsə» surəsinin 33-cü ayəsindən 42-ci ayəsinə kimi olan fasilədə buyurulur: «Sur çalındığı gün elə bir gün olacaq ki, qardaş-qardaşını tanımayacaq. Bala atadan və anadan ayrılacaq. İnsan öz yoldaşından ayrılacaq, ata, ana, öz balasını atıb, qaçacaq. Hərə öz hayında olacaq. Bəzi üzlər şad olacaq, güləcək. Bəzi üzlər isə qəm-qüssədə qalacaq. Onlar fasid və kafir insanlardır.»

«Həcc» surəsinin 1-ci və 2-ci ayələrində buyurulur: «Ey insanlar, Allahdan qorxun. Qiyamət gününün zəlzələsi çox böyükdür. Bilirsiniz anaya balası nə qədər əzizdir? Qucağına alıb boyunu oxşaya-oxşaya, başını sığallayaraq ona süd verir. Dünyanın bütün cah-cəlalını ona versən də balasının bir barmağını belə verməz. Ana üçün övladdan şirin heç nə yoxdur. Öz canının şirəsini balasına yedirir. Qiyamət günü elə bir gündür ki, hətta həmin analar belə öz körpələrini atıb qaçacaq, öz haylarında olacaqlar. Əgər bir qadın hamilə olsa, uşağını salıb öz işinin dalınca qaçacaq. Bütün insanları gic, məst halında görəcəksiniz. Onlar məst deyillər bəlkə Allahın əzabı şiddətlidir.»

«Müzzəmmil» surəsinin 17-ci ayəsində buyurulur: «Qiyamət elə bir gündür ki, qiyamətin səhnəsini gördükdə uşaqlar qocalacaqlar, qəm-qüssədən və qorxudan başları ağaracaq».

Əli (ə) özünün «Nəhcül-Bəlağə» kitabının 156-cı xütbəsində buyurur: «Ey Allahın bəndələri əməllərin üstünün bir-bir açılıb məhkəmə başlanacağı o gündən qorxun. Onda iztirab çoxalacaq. Fikirdən uşaqlar qocalacaq.» Məhşər belə gündür.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin