Üçüncü vəzifəmiz: Onlara «təməssuk» etməkdir. Yəni, onların ətəyindən yapışmaq.
Hər bir məsələdə onlardan möhkəm tutmalıyıq ki, tufana düşüb yolumuzu itirməyək. Tufan olduqda isə yer-göy bir-birinə qarışdığından heç kəs bir-birini görmür. Yalnız tufan yatdıqdan sonra kimin yolu azması və kimin qalması məlum olur. Möhkəm bir şey tapıb ondan yapışanlar salamat qalır. Heç nədən yapışmayanları isə tufan aparır. Tənəssükün ifadə etdiyi məna da elə bundan ibarətdir.
Əhli-beyt yer üzündə ondan ötürüdür ki, yellər, tufanlar, sellər gəlib səni aparanda onların ətəyindən yapışasan ki, yolunu azmayasan. Peyğəmbər buyurur: «Mən və Əhli-beytim cənnətdə olan bir ağacıq. Ağacın şaxələri isə dünyadadır. Bizə təməssuk edənlər, yəni bizdən möhkəm yapışanlar düzgün yol tapıb Allaha tərəf gedəcəkdir.».
Bu barədə Osman (III xəlifə) də Peyğəmbər (s)-dən belə bir hədis nəql edir:
الائمة بعدي اثنا عشر تسعة من صلب الحسين و منا مهدي هذه الامة من تمسك من بعدي بهم فقد استمسك بحبل الله و من تخلي منهم فقد تخلي من الله
«Məndən sonra imamlar on iki nəfərdən ibarətdir. (Onların üçü sizə məlumdur Əli, Həsən və Hüseyn (ə)). Doqquzu Hüseynin nəslindəndir. Bu ümmətin Məhdisi (ə.f.) də bizdəndir. (ki, onların axırıncısıdır.) Hər kəs məndən sonra onlara təməssük etsə Allahın ipindən yapışmış olub, onlardan uzaqlaşan isə Allahdan uzaq düşmüşdür.» (Bu hədis «Kifayətul Əsər»-in 94-cü səhifəsində qeyd edilib.)
Dostları ilə paylaş: |