Dördüncü vəzifəmiz: Onlara ikramdır (Hörmət bəsləmək).
İkram budur ki, onları gördükdə hörmət etməlisən. Adları çəkiləndə ehtiram göstərəsən. Bu məsələ ilə bağlı Allah Quranda buyurur: «Allahın adının zikr olunduğuna və uca tutulduğuna izn verdiyi evlərdə gecə və gündüz Allahın zikri və təsbihi deyilir». («Nur» surəsi, 36-cı ayə.)
Başqa bir ayədə Allah buyurur: «Allah göylərin və yerin nurudur». Peyğəmbər buyurur: «Bu nurun mənbəyi həmin evlərdir».
Ravilərdən olan Ənəs ibn Malik və Burəydə nəql edirlər ki, Peyğəmbər (s) bu ayəni oxuyandan sonra bir nəfər ayağa qalxıb soruşdu:
-«Ya Rəsulallah! O evlər hansı evlərdir ki, deyirsən Allah göylərin və yerin nurudur. Bu nurun mənbəyi isə o evlərdir? Peyğəmbər buyurdu:
-Bu evlər peyğəmbərlərin evləridir. Ənəs ibn Malik əlavə edir ki, orada olan Əbu Bəkr ayağa qalxaraq Əli (ə) və Fatimə (s)- ın evinə işarə edərək soruşdu:
-Ya Rəsulallah! Bu evdə o evlərdəndir? Həzrət buyurdu:
-Bəli, bu ev nəinki o evlər kimi bəlkə onlardanda üstün olan bir evdir.» («Əd-durrul-mənsur» kitabı, cild: 6, səh: 203; «Şəvahidut-tənzil» kitabı, cild 1, səh: 534; «Kənzul-ummal» kitabı, cild 12, səh: 100; «Fəraidus-simtəyn» kitabı, cild 2, səh: 277 və 541.)
Onların əmrləri, sözləri, tapşırıqları və sifarişləri bizim üçün qanundur. Bu barədə Peyğəmbərdən (s) nəql edilən çoxlu sayda hədislər vardır. Peyğəmbər buyurub: « Allah bütün peyğəmbərlərin züriyyələrini onların öz sülbündən qərar verdi mənim zürriyyəmi isə Əlinin sülbündə qərar verib». Həzrət ardınca buyurdu: «Onların üstün bilin və onlardan qabağa keçməyin!» (Şazan ibn Cəbrailin «Əl-fəzail» kitabı, səh: 130.)
Dostları ilə paylaş: |