Beşinci: Ürəyində Əhli-beytə məhəbbət bəsləyənlər qiyamət günü əmin-amanlıqda olacaqlar.
Şəxsən Peyğəmbər (s) özü bu hədisi buyurur: «Biz Əhli-beyti sevənləri qiyamət günü Allah məhşərə əmin-amanlıq içində gətirəcək. Bu adamlar qiyamət səhnəsini əmin-amanlıq içində müşahidə edəcəkləri.»
Altıncı: Əhli-beyti sevənlər qiyamətdə sirat körpüsünü keçərkən büdrəməyəcəklər.
Peyğəmbər (s) buyurur: «Mənə və Əhli-beytimə məhəbbəti olanlar orada büdrəməyəcəklər. Həmin körpüdə onların heç bir narahatlıqları olmayacaq.» («Kənzul-ummal» kitabı, cild 12, səh: 97, hədis: 34163; «Əs-səvaiqul-muhriqə» kitabı, səh: 187.)
Yeddinci: Əhli-beyt sevgisi qiyamət günü zəmanətdir.
Əhli-beyt məhəbbəti ilə yaşayanlara Allah qiyamət günü bir vəsiqə verəcək. O vəsiqədə «Bu Adam oddan nicat tapıb sözü yazılmış olacaq.»
Bilal ibn Həmamə rəvayət edir: Bir gün gördük ki, Peyğəmbər (s) çox şad halda, gülə-gülə gəlir. Bizlərdən biri – Əbdürrəhman ibn Ouf soruşdu:
-Ya Rəsulallah, görürəm gülürsən, çox şadsan, gülməyinin səbəbi nədir? Həzrət buyurdu ki, mənə Allah tərəfindən müjdə verilib.
-O, nədir ki, səni bu qədər şad edib? Buyurdu:
Qiyamət günü Allah bir dəstə mələk seçib əllərinə, üzərində bu Adam oddan nicat tapıb sözü yazılmış bir kağız verəcək. Onlar da camaatın arasında gəzib Əhli-beyti sevənlər və ürəyi Əhli-beyt məhəbbəti ilə dolu olan insanlara bu kağızı verəcəklər.
Peyğəmbər (s) də məhz elə bu səbəbdən şad olmuşdu. Çünki, Allah Əhli-beyti sevənləri belə bir vəsiqə ilə müjdələyib.
Səkkizinci: Əhli-beyti sevənlər qiyamət günü Əhli-beytlə bir yerdə olacaqlar.
Həzrət buyurur: «Məni və Əhli-beytimi sevənlər bax belə olacaqlar deyib iki barmağını bir-birinə sıxır. Yəni bunlar bir-birindən ayrılmazlar»
Əba Zərr deyir: Mən Peyğəmbərə (s) dedum ki:
-Ya Peyğəmbər, mən bəzi insanları sevirəm, amma əməldə onlara çata bilmirəm. Onlar əməldə məndən güclüdürlər. Həzrət buyurdu:
-Qiyamət günü insan sevdiyi adamla birgə olar. Hər kəs kimi sevirsə qiyamət günü onunla olacaq.Dedim:
-Mən Peyğəmbər (s) və Əhli-beyti sevirəm. Yenə buyurdu:
-Kimi sevirsənsə, onunla olacaqsan.
Doqquzuncu: Əhli-beyti sevənlər Cənnətlə qiymətləndiriləcək
Əhli-beyti sevənlərin faydası budur ki, Allah onları Cənnətlə təmin edər.
Peyğəmbər (s) buyurur: «Cənnətə hesabsız, kitabsız daxil olmaq istəyənlər, mənim Əhli-beytimdən ayrılmasın»
Məhəbbət həm ürəkdə, həm də əməldə olmalıdır. Ürəyinə baxdıqda onların məhəbbətini, sevgisini görsə, ümid etsin. Əməllərinə baxdıqda öz əməllərində onların əməllərinə oxşarlıq gördükdə ümid etsin.
Seyid Mühəmməd adlı bir alim «Övladlarınızı Peyğəmbər (s) və Ali peyğəmbərin məhəbbəti ilə tərbiyə edin!» adlı bir kitab yazmışdır. O, bu kitabda belə yazır: Bir gün bir nəfər rəhmətə getmişdi. Möminlər toplaşıb tabutu çiyinlərinə alaraq dəfn etməyə aparırdılar. Dəfn mərasimində İmam Hüseyn (ə) da iştirak edirdi: Həzrətin ayaqlarına toz qonduğunu görən bir nəfər əyilib ağanın ayaqlarından tozu sildi. Bunu görən həzrət buyurdu: Ağa məni utandırma.
-And olsun Allaha ki, əgər sənin barəndə olan, mən bilən fəzilətləri bu camaat bilsəydi ayağının tozunu silmək nədir, səni boyunlarında gəzdirərdilər.
Kərbəla hadisəsini həm tarixi, həm də siyasi baxımdan araşdırmaq olar, bu öz yerində. Allah İmam Hüseyn (ə) -a yaradıb bir imtahan kimi insanların qarşısına çıxartdı.
Dostları ilə paylaş: |