Бядии редактор



Yüklə 0,95 Mb.
səhifə38/49
tarix10.01.2022
ölçüsü0,95 Mb.
#109700
1   ...   34   35   36   37   38   39   40   41   ...   49
Hüseyn gördü ki Quran, söküblər sinəsini

Dedi mənəm xəttü kağəz bu sinə Qurandır.
Son olaraq bir hədis də qeyd etmək istərdim. Hədisin mətnini deməzdən qabaq bildirməliyəm ki, bu hədis Allahın əmrlərinə tabe olub, lakin hansısa səbəbə görə İmam Hüseyni (ə) ziyarət etməyən şəxslərə aiddir. Əlbəttə, ziyarət üçün Kərbəlaya getmək vacib deyil, hətta uzaqdan da ziyarət etmək mümkündür. Ümumiyyətlə, müstəhəbdir ki, insan hər gecə yatmazdan qabaq İmam Hüseyni (ə) ziyarət etsin. Ziyarət isə təkcə «əssəlamu əleykə ya Əba Əbdillah» deməklə də mümkündür. Bunu üstüaçıq yerdə demək daha fəzilətlidir. Hədis belədir: «Kim Hüseyni ziyarət etmədən ölərsə, onu Cənnətə apararlar, amma Cənnətdə ona yer verilməz və o, Cənnət əhlinə həmişə qonaq olar». Yəni, həmin şəxsin özünəməxsus yeri olmaz və hər dəfə birinin qonağı olar. Çünki, oranın əsl sahibi Allah taaladır, O da ixtiyarati verəcək Əli (ə)- a. Əli (ə) ilə də qeyd etdiyimiz kimi digər məsumların heç bir fərqi yoxdur. Əli (ə) yəni, Mühəmməd (s), Mühəmməd (s), yəni, Fatimə (s), Fatimə (s) yəni, Həsən (ə), Həsən (ə) yəni, Hüseyn (ə) və eləcə də digər imamlar. Cənnətdən söz düşmüşkən, hədisdə deyilir ki, kimə Cənnətdə yer verilsə, onun yerinə bütün dünya əhli yerləşər.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin