C.CABBARLI ADINA 6 SAYLI ORTA MƏKTƏBİN
COĞRAFİYA MÜƏLLİMİ
QƏNBƏROVA NÜŞABƏNİN 10 3 SİNFİNDƏ KEÇƏCƏYİ AÇIQ DƏRSİN
İCMALI.
TARİX :
SİNİF: 10 3
MÖVZU : Zəlzələ və vulkanizm prosesləri.
MƏQSƏD : Şagirdlərdə :
a) müvafiq mənbələrdən ( dərslik, qəzet, jurnal, internet, televizor və s )əldə etdikləri məlumatlara əsasən zəlzələ və vulkanizm prosesləri barədə təqdimat hazırlamaq.
b) əldə etdikləri fakt və dəlillərə əsaslanmaqla öz mövqeyini dolğun şərh
etmək, fənlərarası əlaqə yaratmaq vərdişlərini inkişaf etdirmək.
c) özünün və yoldaşlarının təqdimatına əsaslandırılmış qiymət vermək
bacarığını formalaşdırmaq.
d) - zəlzələnin yaranma səbəbləri və gücünü;
- zəlzələlərin qruplarını ;
- vulkanizm və isti bulaqların yaranma səbəblərini şagirdlərə öyrətmək ;
DƏRSİN XARAKTERİ : öyrədici, inkişafetdirici, tərbiyəvi.
DƏRSİN NÖVÜ : induktiv.
ÜSUL VƏ FƏALİYYƏT NÖVÜ : istiqamətləndirilmiş mühazirə, “ close ” üsulu,
“ klaster ” üsulu.
DƏRSİN FORMASI : böyük qruplarla iş.
RESURSLAR : Y – kürələr xəritəsi, dünyanın siyasi xəritəsi, Azərbaycanın fiziki
xəritəsi, kontur xəritə, vatman kağızı, marker, vulkan modeli,
zəlzələyə aid şəkil, qiymət cədvəli.........
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR: dərslik Coğrafiya 10, internet məlumatları.
ümumi coğrafiya.M.Qaraqoyunlu.
Məktəblinin coğrafiyadan məlumat kitabı İ.Ə.Quliyev
FƏNLƏRARASI ƏLAQƏ : Tarix ( dövlətlər ) , Fizika ( yerin dərin qatları),
Kimya ( süxurların kimyəvi tərkibi )
Biologiya ( canlı orqanizmləri ),
Riyaziyyat ( temperaturun, hündürlüyün ölçülməsi).
DƏRSİN GEDİŞİ :
M: Əvvəlcə şagirdləri fəallaşdırmaq məqsədi ilə iki böyük qrupa bölünmələrini tapşırıram. Qruplara sadəcə saymaqla bölünək. Şagirdlər sayırlar, hərə öz rəqəmini yadında saxlayır. Tək ədədlər bir partaya, cüt ədədlər o biri partaya toplaşırlar.
MOTİVASYANIN QOYULUŞU VƏ ARAŞDIRILMASI
M: İndi isə dərsimizin mövzusunu müəynləşdirək. Uşaqlar sizə 2 misra şeir parçası oxuyacağam. Şeirdə təsvir olunan hadisəni özünüz müəyyənləşdirin.
Nə qədər xəzinə batdı o gecə
O şənbə gecəsi yox oldu Gəncə.
M: Bu misralarda hansı təbiət hadisəsi təsvir edilib?
Ş: Bu şeir parçası dahi alim, şair və filosofN,Gəncəvinin 1139-cu ildə Gəncədə baş vermiş ağır təbii fəlakət olan zəlzələni böyük bir kədərlə ifadə etməsidir .
M: Doğrudur, indi 2-ci sualımı dinləyin! Kim deyər – Qədim Roma əsatirlərində od allahının adı nədir?
Ş: Qədim Roma əsatirlərində od Allahı vulkandır, elə onun adı ilə odla müşayət olunduğu üçün bu təbiət hadisəsinə onun adı verilib
M: Tamamiilə doğrudur. İndi kim bu cavablardan ümumi bir nəticəyə gəldi? Bugünkü mövzumuz nədir?
Ş: Bugünkü movzumuz zəlzələ və vulkanlarla bağlıdır.
M: Doğrudur, bugünkü mövzumuz Zəlzələ və Vulkanizm prosesləridir. Indi isə mövzumuzla bağlı qruplara ad verin.
Ş: Bizim qrupun adı Göy-Göl olsun. Çünki Göy-Göl məhz zəlzələ zamanı yaranmış uçqun mənşəli göldür.
M: İndi 2-ci qrupu dinləyək
Ş: Biz isə belə qərara gəldik ki, qrupumuza vulkan adı verək. Qrupumuzun adı Vezuvi olsun.
Qruplara lider seçirik.
İNFORMASİYA MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
M: Uşaqlar zəlzələ və vulkan prosesləri haqqında sizin məlumatınız var. Gəlin mövzumuzla bağlı (close) üsulundan istifadə edərək zəlzələ və vulkanlar haqqında nə bildiyinizi araşdıraq: Mən sizə qapalı sözlər verəcəm, siz bu sözləri açmağa çalışacaqsınız.
1. Zəlzələ ocağının mərkəzi ?
E. . . . . . r
2. Zəlzələni ölçən cihazın adı?
S . . . . . . . .f
3. Zəlzələnin gücünü müəyyən edən şkala?
R . . . . r
M: İndi də vulkan qrupuna müraciət edirəm:
1. Vulkanın zirvəzində yaranan qıfa bənzər çökəklik?
K . . . . r
2. Yer zəthinə çıxan maqma?
L . . a
3. Böyük təziq altında fəvvarələr şəklində yer səthinə çıxan isti bulaq?
Q . . . . r
Məlumat:Yeni mövzunun izahını informasiya mübadiləsi əsasında aparıram. Əvvəlcə şagirdlərdən soruşuramki, tektonik hərəkətlər nəticəsində nələr baş verir.Şagirdlərdə bunun zəlzələ və vulkanizm prosesləri olduqlarını söyləyirlər. Onlar bildikləri zəlzələ və vulkanizm prosesləri baş verən əraziləri xəritədə göstərirlər.
Zəlzələ Yer qabığının dərinliklərində toplanan enerjinin təsiri ilə yer səthinin ani bir vaxtda titrəməsidir.
Zəlzələni öyrənə elmə Seysmologiya deyilir.
Zəlzələlər əmələ gəlmə şəraitinə görə 2 tipə bölünürlər.
a) Vulkanizm prosesləri ilə bağlı
b) Tektonik mənşəli zəlzələlər.
Zəlzələnin gücü 12 ballıq şkala ilə qiymətlənlədirilir.
1 – 4 ballıq – zəif olur, bəzi heyvanlar və uca binalarda yaşayanlar hiss edirlər.
5 – 7 ballıq – insanlar hiss edir, binaların bəzilərində çatlar yaranır, köhnə binalar dağılır,
insanlar yaralanırlar.
8 – 10 dağıdıcı və məhvedici olurlar, binalar dağılır, insanlar tələf olurlar.
11 – 12 fəlakətli olurlar, tikililər tamamilə dağılır, uçqunlar, sürüşmələrbaş verir, çoxlu
insanlar həlak olur.
Məsələn: 1960- cı ildə Çilidə, 1976 cı ildə Çində, 1911 – ci ildə Haitidə
-
Zəlzələ ocaqlarının dərinlikləri müxtəlif olur.
|
Səth Normal Dərinlik Çox böyük dərinlik
10 km 10 – 60 km 60 – 300 km 300 – 700 km
Azərbaycanda baş verən zəlzələlərin hiposentri 10 – 30 km dərinlikdə olur. Çox böyük dərinlik zəlzələləri adətən Sakit okeanın “ Odlu dairəsi ” ndə baş verir.
Hiposentr – Yerin daxilində zəlzələ ocağının mərkəzidir.
Episentr – Zəlzələ ocağının Yer səthindəki proyeksiyasıdır.
Episentrdən uzaqlaşdıqca zəlzələnin gücü zəifləyir. Episentrdə isə zəlzələnin dağıdıcı qüvvəsi ən böyük həddə çatır.
Dünyanın ən böyük seysmik qurşaqları ;
1. Aralıq dənizi və ya Alp – Himalay
2. Sakit okean “ Odlu dairəsi ”
Zəlzələnin dəqiq proqnozunu vermək mümkün deyil. Lakin bəzi heyvanlar hiss edirlər – balıqlar, itlər, atlar, ilanlar,quşlar,toyuqlar və s. Yaponiya, Çin, İndoneziya və s ölkələrdə bu məqsədlə heyvanlar üzərində müşahidələr aparırlar. Zəlzələ hadisəsini yaşamış insanlarda uzun müddət qorxu, diksinmə ,yuxusuzluq halları baş verir.
Vulkanizm prosesləri “ Ay erası ” ndan başlayaraq bu günə qədər davam edir. Bu proseslərin məcmusuna maqmatizm prosesi deyilir.
MAQMATİZM PROSESİ
Effuziv İntruziv
Effuzio “tökmə”,”axma” deməkdir. Intruzio “daxil olma” deməkdir.
VULKANIN ELEMENTLƏRİ
Ocaq boğaz maqma lava krater vulkan külü
Vulkanizm prosesi materik tipli tavalarda baş verirsə turş tərkibli, okean tipli tavalarda baş verdikdə isə əsası tərkibli olurlar.
LAVALARIN NÖVLƏRİ
Əsası tərkibli Turş tərkibli
Qranit evparit bazalt peridolit
Hekla, Mauna – Loa Etna, Vezuvi
Əsası tərkiblidə maqma Yer səthinə sakit çıxırlar. Turş tərkiblidə isə böyük təzyiqlə çıxırlar və güclü partlayışlar baş verir. Vulkan məhsulları təbiətə ziyan vurur. Meşələri, əkin sahələrini, yaşayış yerlərini məhv edir, çoxlu insan tələfatına səbəb olur.
Fəaliyyətinə görə vulkanlar 2 qrupa ayrılırlar;
1. Fəaliyyətdə olan vulkanlar.
2. Sönmüş vulkanlar.
etna hekla karakatau şasta
vezuvi
FƏALİYYƏTDƏ OLAN VULKANLAR.
kotopaxi
ruiş fudziama orisabo San - Pedra
SÖNMÜŞ VULKANLAR
Q.Boğaz
elbrus B.İşıqlı
kazbek Gəlin-qaya
dəmovənd gimboraso səhəng
Əgər vulkanın püskürmə tarixi haqqında məlumat yoxdursa bu sönmüş vulkandır. Vulkanlar oxşar və fərqli xüsusiyyətlərə malikdirlər. Maraqlı olmaq üçün Venn dioqramından istifadə edək.
Hekla Vezuvi
Qalxanvari
divergent
əsası sakit
Stratovulkan
konvergent
turş partlayışla
VENN DİOQRAMI.
Oxşar cəhətləri;
1. Hər ikisi vulkandır
2. Fəaliyyətdədirlər
3. Seysmik bölgədə yaranırlar
4. Litosfer tavalarının hərəkət sərhədlərində baş verirlər.
Fərqli cəhətləri;
1. Hekla qalxanvari, Vezuvi stratovulkandır
2. Hekla divirgent, Vezuvi konvergent zonadadır.
3. Hekla əsası tərkibli, Vezuvi turş tərkibli olur.
4. Hekla sakit, Vezuvi isə güclü partlayışla baş verir.
Vulkanların başqa bir növü də - palçıq vulkanlarıdır. Palçıq vulkanı püskürən zaman Yer səthinə palçıq axır. Palçıq vulkanları neft, qaz və mədən suları olan sahələrdə əmələ gəlirlər. Tərkibində su çox olduğu üçün püskürmə məhsulları çox isti olmur. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq- brekgiya yəni salza adlanır.Dünyada olan palçıq vulkanlarının yarısıAzərbaycandadır. Bunlar Qobustan, Abşeron, Cənub-Şərqi Şirvan, Xəzərin şelf zonasıdır.
Azərbaycanın palçıq vulkanları
Torağay Otman Bozdağ
Bozdağ Keyrəki Kənizdağ Lökbatan
Bunlardan ən hündürü Torağaydır. Onun hündürlüyü 400 m-dən çoxdur. Taman və Kerç yarımadaları, Saxalin, Yeni Zellandiya adlarında da palçıq vulkanları var.
Palçıq vulkanlarının məhsullarından müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Vulkan püskürmələrinin vaxtı əvvəlcədən müəyyən olunur və əhaliyə xəbərdarlıq olunur.
Müəyyən fasilələrlə böyük təziq altında fəvvarə şəklində yer səthinə çıxan su qeyzer adlanır. Qeyzerin səthə çıxdığı dairəvi çökəkliyə qrifon deyilir.
Qeyzer sularının tərkibində kükürdlü maddələr daha çox olur. Bu maddələr qrifonların kənarında toplanaraq qeyzerit süxürları əmələ gətirirlər. Qeyzerlər ən çox İslandiya, Şimali Amerika, Yeni Zellandiya, Yaponiya və Zond adalarında olurlar. ABŞ-dakı Yelluston Milli parkında olan qeyzerlər sayına görə dünyadakı qeyzerlərdən ən böyüyüdür. Lakin son vaxtlar müəyyən olunubki, bu zonada dünyanın ən dəhşətli super vulkanının ocağı yerləşir. Orada vulkan krateri yoxdur. Lakin buradaki vulkan püskürsə Amerika məhv olacaq, Yer kürəsindəki bütün vulkanlarda fəaliyyətə düşəcəklər, buda dünyanın məhvinə səbəb olacaq. Bu vulkan hər 600.000 ildən bir püskürür. Alimlər bu hadisənin qarşısını almağa çalışırlar. Deyirlərki, bu vulkan ya əsrin sonunda, yada 60 il müddətində püskürəcək. Qeyzerlərdən mənzillərin qızdırılmasında, istixanalarda, enerji alınmasında və s.istifadə olunur. Qeyzerlər olduğu yerdə isti bulaqlar olur. Onlardan müalicə məqsədi ilə istifadə olunur.
Yaradıcı tətbiqetmə mərhələsi. Əvvəl qruplara lider seçin.
Zəlzələ qrupuna aid suallar:
1. Hansı ərazilərdə müasir dövrdə zəlzələlər baş vermir?
2. Ən güclü zəlzələ hansı ölkədə baş verir?
3. Zəlzələni görmüş insanlarda hansı hallar baş verir?
4. Zəlzələ vaxtı ən çox dağıntı harada baş verir?
Vulkan qrupuna aid suallar:
1. Vulkan krateri böyük olduqda nə adlanır?
2. Ən böyük kaldera harada yerləşir?
3. Palçıq vulkanları harada baş verir?
4. Qeyzerlərdən hansı məqsədlərdə istifadə olunur?
I qrupun lideri qrup işini təqdim edir: digər qrup üzvləri əlavələr edirlər. Uşaqlardan biri heyvanların zəlzələni hiss etməsini danışır.
II qrup lideri işini təqdim edir. Lider çıxı. Edir, digər qrup üzvlərindən biri qeyzerlər haqqında əlavə məlumatlar verir
Refleksiya mərhələsi.
M: Uşaqlar müasir dövrümüzdə təbii hadislər baş verir, qabarma və çəkilmələr olur, zəlzələ olur. Zəlzələ zamanı ilk növbədə nə etmək lazımdır?
Ş: Zəlzələ vaxtı giriş qapısını açın. Çünki sıxılma vaxtı qapı pərçimlənər.
-
Küncdə, masanın altında dayanın, küçədə açıq yerdə dayanın.
-
Elektrik məftilindən, yuxarıdan tökülən şüşədən, daşdan qorunun
-
Qışqırma, ağlama, bundansa hansısa dirəkdən yapışın.
-
Güclü zəlzələdən sonra təkrarlanan zəlzələdən qorxmayın. Belə zəlzələr dağıdıcı deyil.
Nəticə: mövzunu təhlil edərək belə nəticəyə gəlirikki, zəlzələ və vulkanlar litosfer tavalarının sərhədləri üçün səciyyəvidir. Litosfer tavalarının üfüqi hərəkəti Ye rqabığında tektonik hərəkətlərin baş verməsinə səbəb olur və bunların Yer kürəsində paylanması müxtəlif cürdür.
ƏLAVƏ NƏZƏRİ MƏLUMATLAR .
-
Ən uca vulkan dağı Havay adalarında olan Mauna – Keadır. Onun hündürlüyü
10040 m - dir. Bunun 5840 m-i dəniz səviyyəsindən aşağıda, 4200 m – i isə
dəniz səviyyəsindən yuxarıda yerləşir.
-
Ən yüksək sönmüş vulkan Gimborasodur. Onun hündürlüyü 6310m – dir.
-
Salvadorda olan İsalko vulkanı 250 ildir fasiləsiz olaraq 8 ildən bir püskürür.
Dənizçilər ondan mayaq kimi istifadə edirlər.
-
Bir əsrdən çox fəaliyyətini kəsməyən vulkanlar Etna və Faodur ( Yaponiya ).
-
Sakit okean “ Odlu qurşağında ” 400 - ə qədər fəaliyyətdə olan vulkan var.
Dünyanın ən hündür vulkanları ;
-
Lyulyaylyako – 6723 m
-
San - Pedro – 6154 m
-
Kotopaxi – 5896 m
-
Klimancori – 5895 m
-
Dəmavənd – 5604 m
-
Popokatepeti – 5452 m
-
Ruis – 5400 m
-
K. Sobka – 4750 m
-
Karisimbo – 4507 m
Azərbaycanda da seysmik zonalar var ;
-
Şamaxı – İsmayıllı 9 – 10 bal
-
Gəncəbasar 8 – 9
-
Naxçıvan 7 – 8
Respublikamızda son zəlzələ yay aylarında baş verdi, 7 bal gücündə Zaqatala - Balakən ərazisində çoxlu dağıntılar baş verdi. Ancaq insan tələfatı olmadı.
Ən çox zəlzələ Çili, Peru, Çin, Yaponiya, İndoneziya, İran, Türkiyə və başqa
ölkələrdə baş verir.
Lakin zəlzələ olmayan regionlarda var. Bunlar Ərəbistan, Avstraliya , Labrador
yarımadası, Norveç, Rusiya və başqa ölkələrdir.
Dünyada damından tüstü çıxmayan ölkə İslandlyadır. Orada çoxlu isti bulaqlar olduğu üçün yanacaqdan istifadə olunmur.
Azərbaycanda da isti bulaqlar var. Məsələn: Kəlbəcərdə, Gəncədə - Şəmsizadə suyu ,
Qazaxda Salahlı kəndində, Astarada Yanar su və s.
Qiymət cədvəli : Müxtəlif meyarlara uyğun aparılır.
Qruplar.Meyarlar
|
Fəallığa görə
|
Əməkdaşlıq
|
Təqdim etmə
|
Cəm
|
I
|
|
|
|
|
II
|
|
|
|
|
Dostları ilə paylaş: |