scanf və printf funksiyaların birinci parametri verilənlərin daxiletmə və xaricetmə formatını müəyyən edən simvollar sətri olmalıdır. Verilənləri daxil edən scanf funksiyasında tam ədədlər üçün %d, həqiqi ədədlər üçün %f və simvol üçün %c formatı göstərilməlidir. printf funksiyasının format hissəsi daha geniş imkanlarına malikdir. O, ekrana çıxarılan verilənlərə ayrılmış sahələrin ölçülərini müəyyən edəbilər.
Aşağıdakı cədvəldə 1234 ədədin ekrana çıxarılmasının müxtəlif formatları göstərilmişdir.