Həqiqi ədədlərin daxil və xaric edilməsi üçün üç formatdan istifadə oluna bilər: %f, %e və %g. %f formatı üçün misallar aşağıdakı cədvəldə göstərilmişdir:
Operatorun yazılışı
Nəticə
Şərh
printf(“[%f]”, 123.45) ;
[123.450000]
Minimal mümkün olan sahə, kəsr hissəsində6
rəqəm
printf(“[%9.3f]”, 123.45) ;
[ 123.450]
Cəmi 9 pozisiya, onlardan 3-ü kəsr hissəsinindi.
Sağdan düzəlmə.
printf(“[%-9.3f]”, 123.45) ;
[123.450]
Cəmi 9 pozisiya, onlardan 3-ü kəsr hissəsinindi.
Soldan düzəlmə.
printf(“[%6.4f]”, 123.45) ;
[123.4500]
Ədəd ona ayrılmış 6 pozisiyaya yerləşmədiyinə görə (kəsr hissəsinə 4 yer ayrılır) xaricetmə sahəsi artırılır
%e formatı elmi hesablamalarda çox böyük və ya çox kiçik ədədlərin (atom ölçüləri, Günəşə qədər məsafə) xaric edilməsi üçün istifadə olunur. Bu format standart və ya sürüşən nöqtəli təsvir adlanır. Bu formata əsasən ədəd mantissa və tərtibdən ibarətdir. Məsələn, 123.45 ədədi standart formatda belə yazıla bilər: 123.45=1.2345∙102. Burada 1.2345 – mantissa (mantissa həmişə 1÷10 arası dəyişməlidir), 2 – tərtibdir. %e formatı əsasında ədədin təsviri üçün ümumi pozisiyaların və mantissanın kəsr hissəsində rəqəmlərin sayını təyin etmək olar. Bu formatda tərtib həmişə 2 rəqəmli olur, tərtibin önündə e hərfi dayanır. Tərtibin işarəsi həmişə yazılır (- və ya +).
Operatorun yazılışı
Nəticə
Şərh
printf(“[%e]”, 123.45) ;
[1.234500e+02]
Minimal mümkün olan sahə, mantissanın kəsr hissəsində 6 rəqəm
printf(“[%12.3e]”, 123.45) ;
[1.234e+02]
Cəmi 12 pozisiya, onlardan 3-ü mantissanın kəsr
hissəsinindi. Sağdan düzəlmə.
printf(“[%-12.3e]”, 123.45) ;
[1.234e+02]
Cəmi 12 pozisiya, onlardan 3-ü mantissanın kəsr
hissəsinindi. Soldan düzəlmə.
printf(“[%6.2e]”, 123.45) ;
[1.23e+02]
Ədəd ona ayrılmış 6 pozisiyaya yerləşmədiyinə görə (mantissanın kəsr hissəsinə 2 yer ayrılır)
xaricetmə sahəsi artırılır.
%g formatı kəsr hissəsinin sonunda artıq sıfırları götürmək və avtomatik formatın (onluq və ya sürüşən nöqtəli format) seçilməsi üçün istifadə edilir. Çox kiçik və ya çox böyük ədədlərə sürüşən nöqtəli format tətbiq olunur. %g formatında pozisiyaların ümumi sayı və vacib rəqəmlərin sayı göstərilir.