C dilində proqramlaşdırma


Proqramın bir hissəsinin dayandırılması



Yüklə 0,81 Mb.
səhifə21/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
c muhazire Nailə Allahverdi

Proqramın bir hissəsinin dayandırılması


Bəzən belə hallara rast gəlmək olur ki, proqramı təkmilləşdirəndən sonra işləyən proqram artıq işləmir. Bu vəziyyətdə xətanı aşkar etmək üçün proqramda yeni əlavə olunmuş kodu silib, sonra onu hissə-hissə əlavə etmək lazımdır. Operatorları əlavə edərkən “proqramı sıradan çıxardan” operatoru asanlıqla aşkar etmək olacaqdır. Proqramdan yeni kodu silməsək də olar, sadəcə onu şərh kimi qeyd etməkolar.
Proqramın bir sətrinin söndürülməsi üçün sətrinin qabağına // simvolları qoymaq lazımdır. Bir neçə operatordan ibarət blokun söndürülməsi üçün çox sətirli şərhdən istifadə edilir. Çoxsətirli şərh /* simvollarından başlayır */ simvolları ilə bitirilir.
main ()
{
int i, X ;
printf ( “Ededi daxil edin: \n” ) ; scanf ( “%d”, &X );
// X *=X+2 ;
for (i=1; i<10; i++ ) X *=i;
/* while ( X > 5 ) { i = i *X;
} */
....
}


Step by step yerinə yetirmə


Adətən, proqram əvvəldən axıra kimi dayanmadan yerinə yetirilir. Düzənmənin ən yaxşı yolu – hər sətrin sonunda dayanıb, yaddaşa yazılan dəyişənlərin qiymətlərini yoxlayaraq proqramı addım-addım (step by step) yerinə yetirməkdir. Bu məqsəd üçün debugger adlanan xüsusi proqramlar nəzərdə tutulub.
DevC++ proqram təminatı GDB debugger ilə təchiz olunub. Əvvəlcə dayanma nöqtələri (break point), yəni proqramın dayanması üçün lazımı sətirlər qeyd olunur. Bunun üçün lazımı sətrin sol tərəfində qara fonda mausla vurmaq lazımdır. Təkrar vurma dayanma nöqtəni götürür. Ctrl+F5 düymələrin kombinasiyasından istifadə edərək həmin əməliyyatı yerinə yetirməkolar.



Əgər proqramda heç olmasa bir dayanma nöqtəsi varsa, onda F8 düyməsini vurmaqla bu proqramı düzənnəmə rejiminə (debugger) keçirmək olar. Debugger proqramı ən birinci break point nöqtəsində dayanacaqdır. Bundan sonra F7 düyməsini sıxmaqla proqramı addım-addım (step by step) yerinə yetirməkolar.
Bu rejimdə proqrama daxil olunan proseduralara daxil olmaq olmur (yalnız əsas proqram yerinə yetirilir). Prosedura və ya funksiyaya daxil olmaq üçün Shift+F7 kombinasiyasından istifadə olunur.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin