Massivin hər elementinin sıra nömrəsi var. Massivin elementinə müraciət etmək üçün massivin adı yazılmalıdır, sonra isə kvadrat mötərizələr içində elementin sıra nömrəsi yazılmalıdır.
C dilində massivin elementləri sıfırdan başlayaraq nömrələnir. Ona görə də, əgər massivdə 10 element varsa, onda onlaraşağıdakılardır:
A[0], A[1], a[2], A[3], …. , A[9]
Elementin nömrəsi onun indeksi adlanır. A adlı massivə aşağıdakı kimi müraciət etmək olar:
x = ( A[3] + 5)*A[1]; // A[3] və A[1] elementləri əsasında x-i hesablamaq A[0] = x+6; // yeni alınmış qiyməti A[0]yazmaq
C dilində massivin sərhədlərinə nəzarət aparılmır, ona görə də proqramda təyin olunmamış istənilən indeksli elementə müraciət etmək olar, məsələn, A[345] və ya A[-12]. Translyator səhv haqqında heç bir məlumat verməyəcəkdir, lakin proqram “asıla” və ya düzgün olmayan cavab verə bilər.
Massivlərin daxil edilməsi və xaric edilməsi
Verilənləri massivə necə daxil etmək olar? Bunun üçün çoxlu sayda üsul mövcuddur:
massivin elementləri klaviaturadan daxilolunur;
massiv təsadüfi elementlərlə doldurulur (təsadüfi proseslərin modelləşdirilməsi üçün);
massivin elementləri fayldanoxunur;
massivin elementləri hər hansı xarici qurğunun portundan daxil olunur (məsələn, skaner, modem vəs.);
massivin elementləri proqramdahesablanır.
Misal. Klaviaturadan massivin 10 elementini daxil edib, onları 2-ə vurmaq və alınmış massivi ekrana çıxartmaq.
Təəssüfki,kompüterə“Amassividaxilet”əmriniverəbilmərik. Massivin hər elementi ayrıcaoxunmalıdır.
Massivi yaddaşa daxil etmək üçün, onun hər elementi scanf funksiyası vasitəsilə oxunmalıdır.
Sadə proqramlarda massivi klaviaturadan daxil edirlər. Burada elementlərin sayı az olur. Massivin daxil edilməsi uçun for dövr operatorundan istifadə edəcəyik. Daxil etməzdən əvvəl massivi elan etmək, yəni ona yaddaşda yer ayırmaq lazımdır.
Massivə yaddaşda nə qədər yer ayrılıbsa, o qədər də element daxil edilə bilər. Elementlərin indeksləri sıfırdan başlayır, ona görə də, əgər 10 elementli massiv elan olunubsa, onda onun axırıncı elementinin indeksi 9-a bərabərdir. Massivi daxil etmək üçün ekrana ümumi (bütün massiv üçün) və ayrı-ayrı elementlər üçün göstəriş çıxartmaq lazımdır.
Massivin elementlərini 2-ə vurmaq üçün yenidən dövrdən istifadə etmək lazımdır.
Dövrün hər siklində 1 element emal olunur.
Massivi ekrana çıxartmaq üçün yenidən for dövründən istifadə olunmalıdır. Elementlər bir-bir ekrana çıxarılır. Əgər printf operatorun formatında aralıq (“ “) qoyulsa, elementlər bir sətirdə, “\n” simvolu qoyulsa, onda massivin elementləri sütun şəkilində ekrana çıxarılacaqdır.
#include #include
const int N=10; // massivin ölçüsü main()
{
int I,A[N]; // massivinelanı
printf ( “A massivi daxiledin:\n”); // daxiletmə göstərişi
for ( i = 0; i < N;i++) // bütün elementlər üzrədövr
{
printf ( “A[%d] elementi daxil edin >”,i); // A[i] elementi daxil etmək üçün göstəriş scanf ( “%d”,&A[i]); // A[i] elementinin daxiledilməsi
}
for ( i = 0; i < N;i++) // bütün elementlər üzrə dövr A[i] = A[i]* 2; // A[i] vurulur2-ə
printf ( “\nNetice:\n”);
for ( i = 0; i < N;i++) // bütün elementlər üzrədövr
printf ( “%d “, A[i]); // A[i] elementi çap olunur
getch();
}
Dostları ilə paylaş: |