Proqramlaşdırmanın mahiyyəti
Bəzən elə təəssürat yaranır ki, bütün məsələləri kompüterdə mövcud olan hazır proqramlar vasitəsi ilə həll etmək olar. Çox vaxt bu belədir, lakin təcrübə göstərir ki, elə məsələlər var ki, onlar standart üsullarla həll olunmur. Belə məsələlərin həlli üçün xüsusi proqram yazmaq lazımdır.
Mövzu 2. Proqramların hazırlama mərhələləri
Əksəriyyət müasir proqramlaşdırma dillərdəki kimi C dilində yazılmış proqram iki mərhələ ilə yaradılır:
Translyasiya - proqram mətninin maşın dilinəçevrilməsi;
Yığılma – proqram komponentlərin və standart funksiyaların bir yerəyığılması.
Sadə proqramların hazırlanması bir mərhələli ola bilər, lakin mürəkkəb proyektlər iki mərhələyə emal olunurlar:
adətən mürəkkəb proqram bir neçə ayrı-ayrı modullara bölünür. Bu modullar ayrıca və müxtəlif insanlarla düzəldilir, ona görə də, axırda bütün hazır modullar bir proyektə yığılmalıdır;
bir modulda düzəliş etdikdən sonra yalnız onu translyasiya (maşın dilinə çevirmək) etmək olar;
yığılma zamanı digər dillərdə yazılmış (məsələn, Assembler-də) modulları proqrama qoşmaqolar.
C dilinin translyatoru kompilyator adlanır. Kompilyatorlar bir dəfəyə bütün proqramı maşın koduna çevirirlər. Kompilyatorlardan fərqli olaraq interpretatorlar proqramı sətirbə- sətir maşın koduna çevirirlər. Kompilyatorlar daha sürətlə işləyirlər.
C dilində yazılmış ilkin fayl *.c və ya *.cpp genişlənməsinə malikdir (*.cpp genişlənməsi onu göstərir ki, proqramda C++ dilinin imkanlarından istifadə olunur). Bu adi mətn faylıdır, və proqramı bu fayla yazmaq üçün istənilən sadə mətn redaktorundan (məsələn, Notepad) istifadə etmək olar.
Translyator ilkin faylı maşın koduna çevirir və nəticədə eyni adlı və *.o genişlənməsi olan obyekt faylı yaradır. Buna baxmayaraq, obyekt faylı maşın dilindədir, onu icra etmək olmaz, çünki onun tərkibində standart funksiyalar (məsələn, daxiletmə-xaricetmə) yoxdur.
Yığıcı kitabxanalarda saxlanılan standart funksiyaları qoşur (onların genişlənməsi *.a- dır). Nəticədə *.exe genişlənməsi olan bir fayl yaranır. Bu fayl hazır icra oluna bilən proqramdır.
Dostları ilə paylaş: |