C dilində proqramlaşdırma


printf funksiyasının parametrləri scanf



Yüklə 0,81 Mb.
səhifə8/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
c muhazire Nailə Allahverdi

printf funksiyasının parametrləri scanf funksiyasına oxşardır. Əvvəlcə simvollar sətri (xaricetmə formatı) yazılır. Sətirdə aşağıdakı xüsusi simvollardan istifadə etməkolar:

%d

Tam ədədin xaric edilməsi

%f

Həqiqi tipli ədədin xaric edilməsi

%c

Bir simvolun xaric edilməsi

%s

Simvollar sətrinin xaric edilməsi

\n

Yeni sətrin əvvəlinə keçid

Digər simvollar (digər xüsusi əmrlərdən başqa) dəyişilməz olaraq ekranda əks olunur.

  • Format sətrindən sonra vergül qoyulur və ondan sonra ekranda əks olunacaq dəyişənlərin adları, ədədlər və ya ifadələr yazılır.

printf ( "Netice: %d + %d = %d \n", a, 5, a+5 );

  • printf funksiyasında dəyişənlərin sayı və tipləri formata uyğunolmalıdır.




Mövzu 4. Əməliyyat işarələri, ifadələr. Mənimsətmə operatoru.


Mənimsətmə operatorun sağ tərəfində yerləşən cəbri ifadələr aşağıdakılardan ibarət ola bilərlər:



  • tam və həqiqi ədədlər (tam və kəsr hissəsinin ayırıcısınöqtədir)

  • cəbri əməliyyatlarınişarələri

+- toplama,çıxma
* / vurma,bölmə
% bölmə qalığı

  • standart funksiyalaramüraciət

abs(i) tam i ədədin mütləq qiyməti (modulu)- ||
fabs(x) həqiqi x ədədin modulu - ||
sqrt(x) həqiqi x ədədin kök altısı -√pow(x,y) y tərtibli x -xy

  • əməliyyatların ardıcıllığını dəyişmək üçün mötərizələrdən istifadəedilir.

C dilində bölmə əməliyyatının bəzi spesifik xüsusiyyətləri vardir və onları nəzərə almaq lazımdır:
İki tam ədədin bölünməsi nəticəsində bölmə qalığı nəzərə alınmır, yəni nəticə tam tipli alınır. Məsələn, 7/4 ifadənin nəticəsi 1 olacaqdır. Əgər nəticə həqiqi tipdə olmalıdırsa və qalıq da nəzərə alılmalıdırsa, onda bölən və ya bölünən ədədlərdən birini həqiqi tipə çevirmək lazımdır.Məsələn:
int i, n; float x; i=7;
x=i / 4; // x=1, iki tam ədədlərinbölünməsi
x= i /4.; // x=1.75, tam ədəd həqiqi ədədə bölünür
x= ( float) i/4; // x=1.75, həqiqi ədəd tam ədədə bölünür n= 7. /4.; // n=1, nəticə tam ədədəyazılır

Əgər a dəyişənin b dəyişənə bölmə nəticəsində qalıq hesablanmalıdır və nəticə AB dəyişənə yazılmalıdırsa, onda % əməliyyatından istifadə etmək lazımdır.


AB=a % b ;



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin