Proqramlaşdırma dillərində cəbri ifadələr bir mərtəbəli yazılırlar, ona görə də əməliyyatların prioritetini (üstünlük dərəcəsini), yəni yerinə yetirilmə ardıcıllığını bilmək lazımdır. Əvvəlcə
mötərizələrdə olan əməliyyatlar yerinəyetirilir;
funksiyalarhesablanır;
soldan sağa doğru vurma, bölmə, qalığın tapılması əməliyyatları yerinəyetirilir;
soldan sağa doğru toplama və çıxma əməliyyatları yerinə yetirilir. Məsələn:
x = ( a + 5 * b ) * fabs (c + d ) – ( 3 * b – c ) ;
Mənimsətmə operatorları
Proqramlaşdırmada tez-tez mənimsətmə operatorlarından istifadə edilir. Məsələn,
i = i + 1 ;
Riyazi baxımından bu tənlik mənasızdır, lakin informatika baxımından bu operator i dəyişənin qiymətini bir vahid artırır. i-nin köhnə qiyməti götürülür, bir vahid artırılır və köhnə qiymətinin yerinəyazılır.
İnkrement və dekrement
C dilində hər hansı bir dəyişənin qiymətini bir vahid artırılması üçün (inkrement) xüsusi operatorlar təyin olunub.
i++; // və ya ...
++ i ;
Həmin operatorları mənimsətmə operatoru vasitəsi ilə yazmaq olar.
i = i + 1 ;
C dilində hər hansı bir dəyişənin qiymətini bir vahid azaldılması üçün (dekrement) xüsusi operatorlar təyin olunub.
i - -; // və ya ...
- - i ;
Həmin operatorları mənimsətmə operatoru vasitəsi ilə yazmaq olar.
i = i - 1 ;
İnkrement operatorların birinci forması postfiks, ikinci forması isə prefiks adlanır. Əgər bu operatorlar hər-hansı mürəkkəb və ya şərti operatorların daxilində istifadə olunursa, onda prefiks və postfiks formaları fərqli nəticəverirlər.
Cəbri ifadələrin qısa yazılışı
Əgər hər-hansı dəyişənin qiyməti dəyişilməlidir və alınmış yeni qiymət köhnə qiyməti əvəz etməlidirsə, onda mənimsətmə operatorun qısa variantından istifadə etmək rahatdır.
Qısa yazılış
|
Tam yazılış
|
x += a;
|
x = x + a;
|
x -= a;
|
x = x - a;
|
x *= a;
|
x = x * a;
|
x /= a;
|
x = x / a;
|
x %= a;
|
x = x % a;
|
Dostları ilə paylaş: |