for dövrü operatoru başlıqdan və gövdədənibarətdir;
Başlıqda for sözündən sonra nöqtəli vergüllə ayrılmış 3 ifadəyazılır:
başlanğıc qiymətlər: mənimsətmə operatorları. Onlar yalnız 1 dəfə dövr başlayanda yerinə yetirilir;
dövrün növbəti addımına keçmək üçün şərt: əgər şərt yalandırsa, onda dövr öz işini dayandırır; əgər şərt əvvəldən yalandırsa, onda dövr heç bir dəfə də yerinəyetirilmir;
dövrün hər addımında yerinə yetirilən əməliyyatlar. Çox vaxt bunlar mənimsətmə operatorlardır.
Başlığın hər bir hissəsində vergüllə ayrılmış bir neçə operator ola bilər. Məsələn, başlıqlar aşağıdakı kimi olabilərlər:
for ( i=0 ;i<10 ; i++ ) { … }
for ( i=0, x=1.; i<10; I +=2, x *=0.1 ) { … }
Dövrün gövdəsi fiqur mötərizələr içərisində yazılmalıdır; əgər dövrün gövdəsində yalnız bir operator varsa, mötərizələri qoymamaqolar.
Dövrün gövdəsində digər operatorlar ola bilər, o cümlədən də dövrlər (iç-içə dövrlər).
Proqramı yaxşı başa düşmək üçün dövrün gövdəsini mötərizələrlə birlikdə 2-3 addım sağa sürüşdürülər.
Ədədin kvadratının hesablanması
Misal: Klaviaturadan hər hansı bir natural ədəd (N) daxil olunur. Ekrana 1-dən N-ə qədər bütün tam ədədlərin kvadratlarını aşağıda göstərilən şəkildə çıxartmaq lazımdır:
kvadratı bərabərdir1
kvadratı bərabərdir4
......
#include #include main ()
{
int i,N; // i – dövrün dəyişənidir printf ( “N-in qiymetini daxil edin:“); // daxiletmə üçüngöstəriş
scanf ( “%d”, &N); // klaviaturadan N-nin daxiledilməsi
for ( i=1 ; i <= N ;i++) // dövrünbaşlığı
{
printf ( “ %d kvadrati bərabərdir %d\n”, i, i*i );
}
getch ();
}
Proqramda2dəyişənelanolunub:N–maksimalədəd və i - əlavə dəyişən, hansı ki dövrdə, ardıcıl olaraq, 1-dən N-ə kimi qiymət alır. N-nin qiymətini daxil etmək üçüngöstəriş
verilir (printf operatoru). scanf operatoru isə %d formatından istifadə edərək N-nin qiymətini daxil edir.
Dövrə daxil olduqda i=1 operatoru yerinə yetirilir, sonra isə hər addımda i-nin qiyməti bir vahid artirilir (i++). Dövr şərt i<=N doğru olana kimi işləyir. Dövrün gövdəsində yerləşən yeganə operator ədədin özünü və onun kvadratını verilmiş formata əsasən çapa göndərir. Kvadrata yüksəltmək üçün vurmadan istifadə etməyə dahaməsləhətdir.