C dilində proqramlaşdırma



Yüklə 0,81 Mb.
səhifə2/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   2   3   4   5   6   7   8   9   ...   27
c muhazire Nailə Allahverdi

Assemblerbu proqramdan XIX əsrin 50-ci illərində istifadə edilməyə başlamışdır. Onun vasitəsilə effektiv və kompakt sistemlər yaradılmışdır. Assemblerdən sistemlər, drayverlər kompüterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilmişdir.
Basic – Bu dil üçün həm kompilyatorlar, həm də interpretatorlar mövcuddur. İlk dəfə proqramlaşdırmanı öyrənmək məqsədilə 1964-cü illərdə yaradılan bu dil dünyada ən geniş yayılmış dillərdəndir.
C – 1970-ci illərin əvvəllərində Denis Ritçi və Ken Tompson tərəfindən yaradılmış proqramlaşdırma dilidir. Windows, Linux, Unix və s. əməliyyat sistemləri məhz C-də yazılıb.
C++ – C-nin obyektyönümlü genişlənməsi olan bu dil 1980-cı ildə yaradılmışdır. Bu dildə proqramçının məhsuldarlığını kəskin şəkildə artıra biləcək çoxlu sayda imkanlar nəzərdə tutulmuşdur.
C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir. Sintaksis və platform olaraq ən çox Java dilinə yaxındır.
Fortran– Con Bekus tərəfindən 1954-cü ildə yaradılmış ilk kompilyasıya olunan proqramlaşdırma dilidir. Bu dildə ilk dəfə olaraq proqramlaşdırmanın ən vacib anlayışları realizə olunmuşdur. Ondan bütün dünyada istifadə olunur. 2000-ci ildə onun yeni F2k versiyası yaradılmışdır. Fortrandan əsasən riyazi, texniki məsələlərin proqramlaşdırılması üçün istifadə olunur.
Pascal – Pascal dili fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Pascal) şərəfinə adlandırılmışdır. Pascal dili, 1968-1970-ci illərdə İsveç ali politexnik məktəbinin İnformatika institutunun direktoru professor Niklaus Virt tərəfindən işlənib hazırlanmışdır. Ondan böyük layihələrin hazırlanmasında istifadə etmək üçün imkanlar nəzərdə tutulmuş, proqramın strukturuna olan tələblər gücləndirilmişdir.
Cobol– İlk versiyası 1959-cu ildə yaradılıb. Əsasən iqtisadiyyat sahəsində biznes məsələlərinin həlli üçün nəzərdə tutulan bir dildir. Bu dil özünün “çoxsözlülüyü” ilə fərqlənir. Bəzən onun əmrləri ingilis ifadələrindən heç də fərqlənmir. Bu dildə, hal-hazırda aktiv surətdə istismar olunan çoxlu sayda proqramlar hazırlanmışdır.
Baza verilənlərinin proqramlaşdırma dilləri. Bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. Verilənlər bazasını (VB) yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin verilənlər bazası idarəetmə sisteminin (VBİS) meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı. VBİS, VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir. VB relyasion idarə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

  • Yüksək səviyyəli RVBİS;

  • Orta səviyyəli RVBİS;

  • Aşağı səviyyəliRVBİS.

Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. s. Baza verilənlərinin proqramlaşdırma dillərinə aid nümunələr aşağıda göstərilmişdir:

  • Delphi;

  • SQL (Structured Query Language);

  • Foxbase;

  • İnterbase;

  • MS Access;

  • ORACLE;

  • ADABAS.

İnternet proqramlaşdırma dilləri (Web proqramlaşdırma). Müxtəlif saytların hazırlanmasında İnternet proqramlaşdırma dillərindən (Web proqramlaşdırma) istifadə olunur.
İnternet proqramlaşdırma dillərinə aid nümunələr aşağıda göstərilmişdir:

  • Perl;

  • HTML;

  • XML;

  • PHP;

  • Java .

Onların bəziləri haqqında məlumat aşağıda verilmişdir.
HTML- hipermətnlərin hazırlanması üçün dildir. HTML (HiperText Markup Language) çox tanınmış, sadə bir dil olmaqla, hiper mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şriflərin və rənglərin verilməsi, istinadlar və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir. Bəzi sadə WEB səhifələr HTML- də yazılmışdır.
1980-cı illərdə PERL dili işlənib hazırlandı. O, böyük mətn fayllarının effektiv emal olunması, mətn hesabatlarının qenerasiya olunması və məsələlərin idarə olunması vasitəsi kimi yaradılmışdı. Onun sətrlərlə, massivlərlə işləmək funksiyaları, verilənlərin çevrilməsi vasitələri və s. ilə işləmək imkanları da çox genişdir.
Java - Bu dil 1990-cı illərin əvvəlində C++ dilinin əsasında yaradılmışdır. O, C++-da olan bütün aşağı səviyyəli imkanları aradan çıxardaraq əlavələrin işlənib hazırlanmasını sadələşdirməyə yönəlmişdir.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin