C dilində proqramlaşdırma


break operatoru vasitəsi ilə istənilən dövrlərdən çıxmaq olar: for, while,do-while



Yüklə 0,81 Mb.
səhifə20/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
c muhazire Nailə Allahverdi

break operatoru vasitəsi ilə istənilən dövrlərdən çıxmaq olar: for, while,do-while.

  • Dövrün hər hansı addımını vaxtından tez dayandırıb növbəti addıma keçməküçün

    continue operatorundan istifadə edilir.





    #include main ()
    {
    float S, z, c, d; int i;
    S=0; z=1; c=1; d=2; // başlanğıc qiymətlər for ( i = 1; I <=20; i ++ )
    {
    S = S+ z*c/d; // elementi cəmə əlavəetmək
    z =-z; // z, c, d dəyişənlərin qiymətlərinin dəyişdirilməsi c++;
    d = d * 2;
    }
    printf ( “Cem S= %f”, S );
    }


    Mövzu 10. Proqramların yoxlanılması, sazlanması və testləşdirilməsi




    Dev-C++ proqramının düzənnəmə vasitələri


    “Düzənnəmə” sözü “proqramda səhvlərin axtarışı və düzəldilməsi” deməkdir. İngilis dilində bu söz debugging (hərfi-tərcümədə “böcəklərin çıxarılması”) deməkdir. Əfsanəyə görə 1940-ci ildə Mark II kompüterin kontaktlarına böcək (güvə) düşmüş, və bu böcəyə görə kompüter sıradan çıxmışdır.


    Proqramlarda üç növ xətalar olur:

    • sintaktik xətalar – operatorların səhv yazılışı (məsələn, printf operatorun əvəzinə print operatorun yazılışı); bu xətaları asanlıqla düzəltmək olur, çünki onları translyator təyin edir, hətta səhv olduğu sətri dəgöstərir;

    • yerinə yetirilmə zamanı ortaya çıxan xətalar – proqramın icrası zamanı hər hansı “qəza” halı, məsələn, sıfırabölmə;

    • məntiqi xətalar – alqoritmdəki xətalar (proqram işləyir, lakin səhv nəticə verir). Bu xətaları üzə çıxartmaq çoxçətindir.

    Beləliklə, düzənnəmə zamanı ən çətin məsələ - səhv yazılmış operatoru təyin etməkdir. Təəssüf ki, bu məsələni avtomatlaşdırmaq olmur, onu yalnız insan həll edə bilər. Bu işi asanlaşdırmaq üçün “debugger” adlanan xüsusi proqramları icad ediblər.

    Təqib etmə (ing. traccing)


    Proqramın icra olunması zamanı siqnal xarakterli mesajların proqramın müəyyən nöqtələrində ekrana çıxarılması təqib etmə (traccing) və ya izləmə adlanır. Təqib etmə nə üçün istifadəedilir?
    Birincisi, ekranda bu cürə mesajın çıxarılması bu o deməkdir ki, proqram bu nöqtəyə qəlib çatıb (vaxtından tez işini dayandırmayıb və ya sonsuz dövrə düşməyib). İkincisi, bu mesajlarda nəinki mətn, hətta dəyişənlərin qiymətlərini əks etdirmək olar. Bu isə proqramın düzgün gedişinə nəzarət etməyə imkan yaradır. Əgər, məsələn, 2-ci yoxlama nöqtəsində bütün dəyişənlərin qiymətləri düzgündürsə, 3-cü nöqtədə isə yox, onda xətanı bu iki nöqtə arasında axtarmaq lazımdır.
    Aşağıdakı proqramda 3 nöqtədə traccing (əlavə çap operatorları) operatorları yerləşdirilib.
    main ()
    {
    int i,X;
    printf ( “Tam ededi daxil edin: \n” ); scanf ( “%d”, &X )
    printf ( “Daxil edilmish eded = %d\n“,X); // 1-ci nöqtə for ( i = 1 ; i<10; i++)
    {
    printf ( “ Dovrde: i= %d, X=%d\n”, i, X ) ; // 2-ci nöqtə
    …..

    }
    printf ( “ Dovrden sonra: X= %d\n”, X );



    }

    1. ci nöqtədə ekrana X dəyişənində yerləşən qiymət çıxarılacaqdır. Bu qiymət klaviaturadan daxil edilmiş qiymətlə üst-üstədüşməlidir.

    2. ci nöqtədə dövrün hər addımında alınmış qiymətlər ekrana çıxarılır. Bu isə dövrün düz işləməsi haqqında xəbərverir.

    3. cü nöqtədə dövr bitdikdən sonra X-in qiyməti ekrana çıxarılır. Bu nöqtə də nəzarəti artırır.

    Qeyd edək ki, traccing üçün çap operatorları proqramın istənilən yerində və istənilən zaman yerləşdirmək olar. Bunun üçün debugger proqramı lazım deyil.

    Yüklə 0,81 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   16   17   18   19   20   21   22   23   ...   27




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin