printf funksiyasının parametrləri scanf funksiyasına oxşardır. Əvvəlcə simvollar sətri (xaricetmə formatı) yazılır. Sətirdə aşağıdakı xüsusi simvollardan istifadə etməkolar:
%d
|
Tam ədədin xaric edilməsi
|
%f
|
Həqiqi tipli ədədin xaric edilməsi
|
%c
|
Bir simvolun xaric edilməsi
|
%s
|
Simvollar sətrinin xaric edilməsi
|
\n
|
Yeni sətrin əvvəlinə keçid
|
Digər simvollar (digər xüsusi əmrlərdən başqa) dəyişilməz olaraq ekranda əks olunur.
Format sətrindən sonra vergül qoyulur və ondan sonra ekranda əks olunacaq dəyişənlərin adları, ədədlər və ya ifadələr yazılır.
printf ( "Netice: %d + %d = %d \n", a, 5, a+5 );
printf funksiyasında dəyişənlərin sayı və tipləri formata uyğunolmalıdır.
Mövzu 4. Əməliyyat işarələri, ifadələr. Mənimsətmə operatoru.
Mənimsətmə operatorun sağ tərəfində yerləşən cəbri ifadələr aşağıdakılardan ibarət ola bilərlər:
tam və həqiqi ədədlər (tam və kəsr hissəsinin ayırıcısınöqtədir)
cəbri əməliyyatlarınişarələri
+- toplama,çıxma
* / vurma,bölmə
% bölmə qalığı
standart funksiyalaramüraciət
abs(i) tam i ədədin mütləq qiyməti (modulu)- ||
fabs(x) həqiqi x ədədin modulu - ||
sqrt(x) həqiqi x ədədin kök altısı -√pow(x,y) y tərtibli x -xy
əməliyyatların ardıcıllığını dəyişmək üçün mötərizələrdən istifadəedilir.
C dilində bölmə əməliyyatının bəzi spesifik xüsusiyyətləri vardir və onları nəzərə almaq lazımdır:
İki tam ədədin bölünməsi nəticəsində bölmə qalığı nəzərə alınmır, yəni nəticə tam tipli alınır. Məsələn, 7/4 ifadənin nəticəsi 1 olacaqdır. Əgər nəticə həqiqi tipdə olmalıdırsa və qalıq da nəzərə alılmalıdırsa, onda bölən və ya bölünən ədədlərdən birini həqiqi tipə çevirmək lazımdır.Məsələn:
int i, n; float x; i=7;
x=i / 4; // x=1, iki tam ədədlərinbölünməsi
x= i /4.; // x=1.75, tam ədəd həqiqi ədədə bölünür
x= ( float) i/4; // x=1.75, həqiqi ədəd tam ədədə bölünür n= 7. /4.; // n=1, nəticə tam ədədəyazılır
Əgər a dəyişənin b dəyişənə bölmə nəticəsində qalıq hesablanmalıdır və nəticə AB dəyişənə yazılmalıdırsa, onda % əməliyyatından istifadə etmək lazımdır.
AB=a % b ;
Dostları ilə paylaş: |