C dilində proqramlaşdırma


Cəbri əməliyyatların üstünlük dərəcəsi



Yüklə 0,81 Mb.
səhifə9/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
c muhazire Nailə Allahverdi

Cəbri əməliyyatların üstünlük dərəcəsi


Proqramlaşdırma dillərində cəbri ifadələr bir mərtəbəli yazılırlar, ona görə də əməliyyatların prioritetini (üstünlük dərəcəsini), yəni yerinə yetirilmə ardıcıllığını bilmək lazımdır. Əvvəlcə



  • mötərizələrdə olan əməliyyatlar yerinəyetirilir;

  • funksiyalarhesablanır;

  • soldan sağa doğru vurma, bölmə, qalığın tapılması əməliyyatları yerinəyetirilir;

  • soldan sağa doğru toplama və çıxma əməliyyatları yerinə yetirilir. Məsələn:

x = ( a + 5 * b ) * fabs (c + d ) – ( 3 * b – c ) ;


Mənimsətmə operatorları


Proqramlaşdırmada tez-tez mənimsətmə operatorlarından istifadə edilir. Məsələn,


i = i + 1 ;
Riyazi baxımından bu tənlik mənasızdır, lakin informatika baxımından bu operator i dəyişənin qiymətini bir vahid artırır. i-nin köhnə qiyməti götürülür, bir vahid artırılır və köhnə qiymətinin yerinəyazılır.


İnkrement və dekrement


C dilində hər hansı bir dəyişənin qiymətini bir vahid artırılması üçün (inkrement) xüsusi operatorlar təyin olunub.


i++; // və ya ...
++ i ;
Həmin operatorları mənimsətmə operatoru vasitəsi ilə yazmaq olar.
i = i + 1 ;
C dilində hər hansı bir dəyişənin qiymətini bir vahid azaldılması üçün (dekrement) xüsusi operatorlar təyin olunub.
i - -; // və ya ...
- - i ;
Həmin operatorları mənimsətmə operatoru vasitəsi ilə yazmaq olar.
i = i - 1 ;
İnkrement operatorların birinci forması postfiks, ikinci forması isə prefiks adlanır. Əgər bu operatorlar hər-hansı mürəkkəb və ya şərti operatorların daxilində istifadə olunursa, onda prefiks və postfiks formaları fərqli nəticəverirlər.


Cəbri ifadələrin qısa yazılışı


Əgər hər-hansı dəyişənin qiyməti dəyişilməlidir və alınmış yeni qiymət köhnə qiyməti əvəz etməlidirsə, onda mənimsətmə operatorun qısa variantından istifadə etmək rahatdır.



Qısa yazılış

Tam yazılış

x += a;

x = x + a;

x -= a;

x = x - a;

x *= a;

x = x * a;

x /= a;

x = x / a;

x %= a;

x = x % a;




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin