Həqiqi tipli ədədin daxil edilməsi (float tipli dəyişən)
%c
Bir simvolun daxil edilməsi (char tipli dəyişən)
Daxiletmə formatından sonra vergül qoyub daxil edilmiş qiymətləri yazmaq üçün yaddaş xanalarının ünvanlarını sadalamaq lazımdır. Fərqi hiss etmək üçün:
a yazılanda - a dəyişənininqiymətidir
&a yazılanda – a dəyişənininünvanıdır
Sətirdə formatların sayı siyahıda dəyişənlərin ünvanlarının sayına bərabər olmalıdır. Bundan əlavə, dəyişənin tipi elan olunmuş tiplə üst-üstə düşməlidir. Məsələn, əgər a və b - tam tipli dəyişənlərdirsə, onda aşağıdakı funksiyalar səhvdir.
scanf ( “%d%d”, &a);
ikinci daxil edilmiş ədəd hara yazılmalıdır?
scanf ( “%d%d”, &a, &b, &c );
c dəyişəni üçün format göstərilməyib
scanf ( “%f%f”, &a, &b );
Tam dəyişənləri həqiqi formatla daxil etmək olmaz
Hesablamalar üçün mənimsətmə operatorundan istifadə edilir. Operatorun sağ tərəfində hesablanan cəbri ifadə yazılır, bərabər işarəsinin sol tərəfində isə nəticəni mənimsəyən dəyişənin adıyazılır.
c=a+b; // a və b dəyişənlərin cəmini c dəyişənə yazmaq
Ədədləri və dəyişənlərin qiymətlərini ekrana çıxartmaq üçün printf funksiyasından istifadə etməklazımdır.