Azərbaycan Respublikasının xarici ticarət
dövriyyəsində müxtəlif ölkələrin xüsusi çəkisi (faizlə)
Ölkələr
|
İllər
|
1995
|
2000
|
2005
|
2010
|
İtaliya
|
2,2
|
27,1
|
16,5
|
25,6
|
Fransa
|
0,4
|
7,7
|
6,2
|
7,1
|
Rusiya Federasiyası
|
14,4
|
11,9
|
11,7
|
6,9
|
ABŞ
|
1,1
|
3,8
|
2,2
|
6,6
|
İsrail
|
0,2
|
4,8
|
2,4
|
6,5
|
Ukrayrıa
|
5,1
|
2,0
|
3,1
|
4,8
|
Türkiyə
|
12,8
|
8,0
|
6,9
|
3,4
|
Çin
|
0,4
|
1,0
|
3,2
|
3,3
|
Xorvatiya
|
-
|
0,2
|
2,1
|
2,8
|
Sinqapur
|
-
|
0,5
|
5,9
|
2,4
|
Almaniya
|
3,7
|
2,6
|
3,4
|
2,2
|
Gürcüstan
|
4,9
|
2,9
|
3,1
|
1,7
|
Koreya Respublikası
|
0,2
|
0,2
|
0,5
|
1,3
|
Qazaxıstan
|
2,9
|
2,2
|
1,3
|
1,2
|
Kanada
|
-
|
0,2
|
0,2
|
1,2
|
İngiltərə
|
4,4
|
2,7
|
4,5
|
1,1
|
Yunanıstan
|
0,8
|
0,9
|
1,2
|
1,0
|
Gələcəkdə ölkənin xarici ticarət əlaqələrində neft-qaz və neft emalı məhsullarının mühüm yer tutması ilə yanaşı, eyni zamanda qeyri-neft bölməsi məhsullarının daha sanballı bir mövqe tutması istiqamətində də mühüm işlər görülməkdədir.
XV FƏSİL. İQTİSADİ İNTEQRASİYA PRO-
SESLƏRİ VƏ BƏŞƏRİYYƏTİN
QLOBAL PROBLEMLƏRİ
15.1.İqtisadiyyatın inteqrasiya və qloballaşma proseslərinin mahiyyəti
XX əsrin sonları və XXI əsrin əvvəlləri milli iqtisadiyyatların yüksək templərlə irəliləyib inkişaf etməsilə yanaşı, eyni zamanda Planet miqyasında inteqrasiya meyllərinin xeyli güclənməsi, habelə tədricən vahid dünya təsərrüfat sisteminin formalaşması ilə səciyyələnir.
Müasir dünya təsərrüfatı vaxtilə olduğu kimi əsasən öz-özünü təmin etmək prinsipi üzərində deyil, getdikcə daha çox sıx iqtisadi əməkdaşlıq şəraitində qurulub fəaliyyət göstərməkdədir. Müxtəlif ölkələr arasında siyasi-diplomatik, iqtisadi-ticarət, mədəni-mənəvi əlaqələr sistemi intensiv surətdə həm eninə, həm də dərininə inkişaf edərək, yeni-yeni sahələri əhatə etməkdədir. Bu çoxtərəfli əlaqələr və əməkdaşlıq sistemində, şübhəsiz iqtisadi münasibətlər aparıcı rol oynayır.
Milli təsərrüfatların iqtisadi əməkdaşlığı, ayrı-ayrı ölkələr arasında fasiləsiz surətdə davam edən qarşılıqlı faydalılıq əsasında normal surətdə əmtəə-xidmətlərin, kapitalın, iş qüvvəsinin hərəkətini (axınını) nəzərdə tutur. Bu mənada, müasir inteqrasiya və qloballaşma şəraitində fəaliyyət göstərən dünya iqtisadiyyatı, tam bir sistem, yaxud kompleks, neoiqtisadiyyat, ekoiqtisadiyyat kimi xarakterizə olunur.
İqtisadi inteqrasiya - ayrı-ayrı ölkələrin təsərrüfat həyatının (milli iqtisadiyyatların) əməkdaşlıq münasibətlərinin genişlənib-dərinləşməsi yolu ilə onların qismən, yaxud tam halda birgə fəaliyyətidir.
Qloballaşma isə milli iqtisadiyyatların sıx qarşılıqlı əməkdaşlığı, onların bir-birilə qayrıayıb-qarışması əsasında vahid dünya təsərrüfat sisteminin formalaşması prosesidir.
Beynəlxalq əmək bölgüsünün dərinləşməsi, istehsal sahələrinin kooperasiyası və ixtisaslaşmanın təkmilləşdirilməsi, ölkələr arasında iqtisadi-ticarət, maliyyə-kredit münasibətlərinin geniş şəbəkəsinin yaradılması sayəsində, bütün dünyada iqtisadi inteqrasiya prosesləri obyektiv tarixi zərurətə çevrilmişdir.
Xüsusilə son dövrlərdə Planet miqyasında vahid informasiya-məlumat və rabitə sistemlərinin yaradılması, ölkələrin iqtisadi-sosial inkişaf göstəricilərinin yaxınlaşması meyli, əmtəə-xidmətlərə vahid standartların tətbiq olunması, xammal-enerji ehtiyatlarının, iqtisadi resursların dünya miqyasında qeyri-bərabər yerləşməsi, iqtisadi-ticarət münasibətlərinin əvvəllərə nisbətən xeyli sərbəstləşdirilməsi (liberallaşdırılması), gömrük-vergi sahəsində müxtəlif çətinliklərin aradan qaldırılması istiqamətindəki irəliləyişlər, tədricən dövlətlərin «açıq iqtisadiyyat» modelinə keçməsi, şübhəsiz inteqrasiya, habelə qloballaşma proseslərinə yeni bir təkan vermişdir.
Hazırda yeni keyfiyyətlər, özünəməxsus cəhətləri ilə davam edən iqtisadi inteqrasiya və qloballaşma proseslərinin obyektiv təhlili göstərir ki, bu hadisənin müsbət meylləri ilə yanaşı, bütövlükdə milli iqtisadiyyatın təhlükəsizliyi, yerli istehsal sahələrinin rəqabət qabiliyyəti, daxili bazarla xarici bazarın optimal nisbətləri, ixrac-idxal imkanları, beynəlxalq bazarın dəyişkən konyukturası, enib-qalxan qiymətlərlə bağlı bir sıra çətinlikləri də vardır. Bu ziddiyyətli, lakin qanunauyğun prosesin doğurduğu müxtəlif istiqamətli sosial-iqtisadi problemlərin ən optimal variantı, dünya ölkələrinin genişlənib-dərinləşən iqtisadi münasibətlərinin ekvivalentlik prinsipləri təməlində, qarşılıqlı faydalılıq istiqamətində qurulmasıdır.
Müasir dünyanın investisiya - istehsal - xidmət - təchizat - satış dairəsi sahələrində «iqtisadiyyatın hərəkətverici qüvvəsi» sayılan və təsərrüfat həyatının beynəlmiləl bir xarakter almasında transmilli korporasiyalar (TMK) həlledici rol oynayırlar. İlk addımlarını hələ XIX əsrin sonu və XX əsrin əvvəllərindən atmağa başlamış inhisarların bu forması böyük bir inkişaf yolu keçərək, həqiqətən dünya iqtisadiyyatının ən güclü amilinə çevrilmişlər. Transmilli korporasiyalar beynəlxalq əmək bölgüsü və dünya miqyasında ixtisaslaşma əsasında, bir sıra xarici ölkələrdə aktivləri (vəsaitləri) olan beynəlxalq tipli inhisar birlikləridir.
BMT-nin təsnifat və meyarlarına görə TMK-ın ən azı dünyanın 6 ölkəsində filialı (şöbəsi) olmalı, illik satış-ticarət dövriyyəsinin həcmi 100 milyon dolları ötməli, istehsal etdiyi məhsul-xidmətlərin 15-20 faizi ixrac xarakteri daşımalıdır. TMK-ın investisiya, istehsal-xidmət, satış fəaliyyəti həmişə beynəlxalq aləmlə bağlı olmuşdur. Onlar dünyanın müxtəlif qitələrinin həm yüksək inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də postsosialist və postsovet ölkələrində, o cümlədən Azərbaycan Respublikasında istehsal-xidmət dairəsinin müxtəlif sahələrində öz fəaliyyətlərini genişləndirirlər.
Transmilli korporasiyaların iqamətgahı hər hansı bir ölkədə, məsələn ABŞ və Yaponiyada, Almaniya və Kanadada, İngiltərə və Fransada, İtaliya və Rusiyada yerləşə bilər. Lakin onların fəaliyyət dairəsi bütün dünya ərazisi olduğundan, TMK-ın geniş yayılmış şəbəkəsini Planeti bürümüş «hörümçək toruna» bənzədirlər.
Son məlumatlara görə hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən TMK-ın sayı 70 mindən, onların filiallarının sayı isə 850 mindən çoxdur. Bu korporasiya və onların filiallarında işləyənlərin sayı 150 milyon nəfəri ötür. TMK-ın illik dövriyyələrinin ümumi həcmi trilyonlarla dollarla hesablanır. Bu beynəlxalq birliklər dünya sənaye məhsulu istehsalının 40 faizdən və ticarət dövriyyəsinin 50 faizdən çoxunu öz nəzarətlərində saxlayırlar. Beynəlxalq bazarda buğda satışının 70 faizi, neft satışının 75 faizi, sink və qalay satışının 80 faizi, kofe və qarğıdalı satışının 90 faizi TMK-ın əlində, yaxud nəzarətindədir. «General Elektrik», «Microsoft», «Royal Ditç Şell», «Nippon», «Toyota Motor», «Ekkson», «Coca- cola» kimi nəhəng TMK-ın kapitallarının ümumi həcmi və illik gəlirləri, bir sıra dövlətlərin ümumi daxili məhsulundan və büdcə gəlirlərindən çoxdur.
Müasir dünyanın iqtisadi inteqrasiya və qloballaşma proseslərinin fəal iştirakçısı, həm də aparıcı qüvvəsi sayılan TMK-ın geniş investisiya imkanları, texniki-texnoloji üstünlükləri, yüksək ixtisaslı peşəkar kadr potensialı, nizama salınmış təchizat-satış əlaqələri, zəngin idarəetmə təcrübəsi, gələcəkdə onların beynəlxalq aləmdə tədricən formalaşan vahid dünya təsərrüfat sistemində daha sanballı bir rol oynayacağını proqnozlaşdırmağa əsas verir.
Dostları ilə paylaş: |