C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə56/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   114
C fakepathelave vesait

Kommersiya krediti - müəyyən məbləğin, ya­xud haqqın ödənilməsi müddəti təxirə salınmaqla, bir sahibkar (biznesmen) tərəfindən başqasına əmtəələr formasında ve­rilən kreditdir (borcdur). Kommersiya kreditinin obyekti əmtəə kapitalıdır. Bu kredit forması müxtəlif əmtəələrin dövriyyəsinə, məhsulların istehsal dairə­sindən (müəssi­sələrdən, şirkətlərdən) istehlak dairə­­sinə (bazara, alıcılara) doğru hərəkətini sürətlən­dirərək, məhz bu işə xidmət edir.
Kommersiya xidməti krediti hər iki tərəfə sərfəli olduğu üçün, tələb edilən faiz dərəcəsi adətən bank (döv­lət) kreditindən aşağı olur.
Kommersiya kreditinin əsas aləti vekceldir. Vek­cel təchizatçılar (istehsalçılar) tərəfindən alıcılara (istehlak­çılara) verilən kredit növüdür. Başqa sözlə veksel qanu­nauy­ğun formada tərtib olunaraq, sahibinə müəyyən müd­dət keçdikdən sonra üzərində göstərilən məbləği ödəməyi öhdəsinə götürən şəxsdən tələb etmək hüququ verən xüsu­si yazılı borc öhdəliyidir. İlk vek­sellər hələ XII-XIV əsr­lər­də İtaliyada tətbiq edilmiş və istifadə olunmuşdur.
Bank (dövlət) krediti. Kreditin bu formasında döv­lət özü kreditor, yəni borc verən tərəf rolunu oy­nayır. Bank (dövlət) krediti dövlət istiqrazları, qısamüd­dətli xə­zi­nə öhdəlikləri, əhalinin əmanət kassaları və banklar va­si­təsiylə dövlətin qiymətli kağızlarını almaq üçün xərclənən vəsaitlərindən ibarətdir.
İstehlak krediti. Bu kredit əhaliyə uzunmüd­dətli istehlak mallarının (mebel, soyuducu, televizor) nisyə alın­ması üçün verilir. İstehlak kreditinin müddəti 1-3 il olur. Lakin mənzil almaq, ev tikmək, torpaq sa­həsi əldə etmək üçün xüsusi şəxslərə (fiziki şəxslərə) uzunmüddətli istehlak krediti verilə bilər.
Kənd təsərrüfatı krediti. Bilavasitə kənd təsər­rüfa­tının inkişafı üçün nəzərdə tutulan kredit növüdür.
İpoteka krediti. Əmlakın, mülkün, torpağın, varı­datın girov qoyulması əsasında verilən kreditdir.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin