C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə65/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   114
C fakepathelave vesait

Uçot (diskont) faizi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borcların faiz dərəcəsidir. Bu vəziyyət iki halda-kommersiya bankları həddən artıq borc verdikdə və bankdan həddən artıq pul çıxarılanda baş verir. Müx­təlif ölkələrin, o cümlədən də ABŞ-ın bank sistemi təcrü­bə­sində 1984, 1987 və 2001-ci illərdə belə hadisələr ol­muş­dur. Mərkəzi Bankın yüksək uçot faiz dərəcəsi, kom­mer­siya banklarını çox az hallarda bu "son imkandan" isti­fadə etməyə yönəldir. Bu növ kreditlər üçün kommersiya banklarından ehtiyat saxlamaq tələb olunmadığından, tə­biidir ki, onların ehtiyat pul vəsaitləri artmış olur.
Ümumiyyətlə Mərkəzi Bankın uçot (diskont) faizin­­­də artım siyasəti, bank sistemində ehtiyatların miq­da­rını (həcmini) azaldır. Bu isə öz növbəsində tədavül dairəsində pul təklifini aşağı salır. Əksinə, nisbətən aşağı diskont faizi kommersiya banklarım Milli Bankdan öz eh­tiyatları və əməliyyatları üçün borc almağa həvəslən­dirir. Bu meyl bank sistemində pul ehtiyatlarının miqda­rını artırmaqla yanaşı, tədavüldəki pul kütləsini də ço­xal­dır.
Mərkəzi Bankın sınanmış və köhnə metodlarından sayılan uçot (diskont) faiz siyasəti, kommersiya bankla­rının veksellərini (borc öhdəliklərini) əldə etməklə, eyni zamanda kreditlər üzrə faiz dərəcələrini artırıb-azaltmaqla, yaxud milli iqtisadiyyatda yaranmış vəziyyətlə bağlı "ucuz-bahalı pullar" xətti yeritməklə, bütövlükdə ölkənin bank sisteminin fəaliyyətini tənzimləyir.
Ölkənin çoxsahəli təsərrüfat həyatının normal fəaliy­­yət göstərməsi üçün pul-kredit siyasətinin səmərəli­liyi­nin təmin olunmasında, bu sahədə zəruri sayılan təd­birlərin vax­tında və çevik surətdə həyata keçirilməsi, habelə siyasi təzyiq, qrup-partiya maraqlarından azad olması mühüm əhəmiyyətə malikdir. Lakin obyektiv-subyektiv xarakterli daxili - xarici səbəblərlə bağlı, bey­nəlxalq aləm­də, dünya bazarında baş verən hadisələr sübut edir ki, pul-kredit siyasətinin müxtəlif tənzimləyici metod­ları heç də "sehrli çubuq" deyildir və qarşıya çıxan bütün problemləri həll edə bilmir. İqtisadi inkişafın qeyri-sabit­liyi və ziddiy­yətli meylləri, müasir mərhələdə istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda pul-kredit siya­səti metod­larının daha da təkmilləşdirilməsini irəli sürür.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin