C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə73/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   114
C fakepathelave vesait

11.3.Milli bazarla beynəlxalq bazarın
qarşılıqlı əlaqəsi
Ölkənin milli bazarı ilk növbədə daxili ehtiyacları iqtisadı resurslar və kadr potensialı əsasında ödəməyə xid­mət etməlidir. Lakin eyni zamanda milli bazar öz müəy­yən məhdud hüdudları çərçivəsində qalmamalıdır. O, bu bazara çıxarılmış müxtəlif təyinatlı məhsul və xidmətlərə yaxın-uzaq digər ölkələrin alıcılarının nəzər-diqqətini cəlb etməlidir. Eyni zamanda milli bazar indiki inteqrasiya və qlobal iqtisadi problemlər qarşısında, beynəlxalq bazar­dan, habelə dünya ölkələrinin genişlənməkdə olan iqtisadi əlaqələr sistemindən faydalanmağa çalışmalıdır.
Müstəqil siyasi-ictimai və iqtisadi-sosial inkişaf yo­luna çıxmış başqa dövlətlər kimi Azərbaycan Respub­likası da, formalaşmaqda olan vahid dünya təsərrüfat sistemi ilə qovuşmağa doğru gedərək, milli bazarın real imkanları ilə beynəlxalq (dünya) bazarının geniş əlaqələr sistemi ara­sında optimal variantı müəyyən­ləş­dirməyə çalışır.
Aydındır ki, milli bazar öz vəzifələrini (funksiyala­rını) o zaman uğurla yerinə yetirə bilər ki, onun dünya bazarı ilə iqtisadi əlaqələri ekvivalent, yəni bərabər dəyərli (qiymətli) mübadilə əsasında həyata keçirilsin. Milli ba­zar, ölkənin ixrac və idxal əməliyyatlarının qarşılıqlı alqı-satqısı gedişində, ümummilli maraq prinsipinin təmin olun­masına üstünlük verməlidir.
Xüsusilə keçid mərhələsində olan ölkələrin, o cüm­lə­dən də Azərbaycan Respublikasının müxtəlif iqtisa­di çətinliklərlə üzləşərək, öz problemlərini əsasən xarici ba­zarın hesabına ödəməsi meyllərinə müəyyən vaxtlığa haqq qazandırmaq olsa da, lakin gələcək iqtisadi-sosial nəticə­ləri baxımından uğurlu sayıla bilməz. Çünki dünya ölkələ­rinin təsərrüfat həyatı və iqtisadi əlaqələr təcrübəsi, bu istiqamətin faydalı olmadığını şübut etmişdir.
Cəmiyyətin və onun üzvlərinin tələbatı əsasında ölkənin milli bazarı, xərclərin müqayisəliliyi və əhalinin məşğulluğu baxımından hansı məhsulların idxalının fay­dalı olduğunu müəyyənləşdirməlidir. Bu işdə iqtisad elmi və iqtisadi nəzəriyyə dövlətin xarici iqtisadi əlaqələr kon­sepsiyasının işlənib hazırlanmasına nəzəri, habelə əməli kömək göstərməlidir.
Milli bazarın düzgün istiqamətdə inkişafı yerli iş adamlarının, biznes fəaliyyəti ilə məşğul olanların, baca­rıq­lı sahibkarlar təbəqəsinin, nəhayət, milli burjuaziyanın for­malaşmasına xidmət etməlidir. Belə bir düşünülmüş mil­­li bazarın inkişafı, eyni zamanda yeni iş yerləri açıl­ma­sı, daxili imkanlardan daha dolğun istifadə olun­ması, kadr axı­nı qarşısının alınması, respublikanın sərvətlərinin xam­mal kimi deyil, emal, yaxud hazır məhsullar səviyyə­sində beynəlxalq bazara çıxarılması, müasir sosial-iqtisadi sə­mə­rəlilik prinsiplərinin tələblərinə cavab verərdi.
Azərbaycan Respublikası vahid dünya təsərrüfat sistemi daxilində gedən inteqrasiya proseslərinə qoşularaq, öz iqtisadi-ticarət əlaqələrini tədricən genişləndirir.
Müstəqil inkişaf yoluna çıxmış ölkəmizin təbii sər­vət­ləri, geosiyasi-strateji mövqeyi, Qərblə Şərqi əlaqələn­dirən mühüm nəqliyyat yolları ayrıcında yerləşməsi, bura­da aparılan özəlləşdirmə və torpaq islahatları nəticəsində bazar münasibətlərinin formalaşması, xarici investorların fəaliyyətinə geniş imkanlar açılması, birgə müəssisə və şirkətlərin təşkili, dünyanın müxtəlif ölkələri ilə imzalan­mış iri həcmli neft sazişləri buna əyani sübutdur.
Son illərdə Azərbaycan Respublikasının xarici iqti­sa­di-­tica­rət əlaqələrində mühüm kəmiyyət və key­fiy­yət dəyişiklikləri baş vermişdir. Müstəqillik illərində Azər­bay­canın xarici ticarət dövriyyəsinin ümumi həcmi dəfə­lər­lə artaraq, 2011-ci ildə 28 milyard dollar təşkil etmişdir. Dünyanın müxtəlif qitələrinin 130-a yaxın ölkəsini əhatə edən bu xarici ticarət dövriyyəsinin 21 milyard dolları ixracın payına və 7 milyard dolları isə idxalın payına düş­müşdür.
Xarici iqtisadi-ticarət əlaqələrinin son illərdəki sə­ciy­yəvi xüsusiyyəti, ixracın idxalı ötməsi nəticəsində xa­ri­ci ticarət balansının aktiv (fəal) xarakter daşımasıdır. Bu proses xaricdən gətirilən məhsulların, xüsusilə ərzağın azal­ması və bir sıra məhsulların, ilk növbədə xam neftin ix­ra­cının artması, habelə dünya bazarında yanacağın qiy­mətinin enib-qalxması ilə bağlı olmuşdur.
Respublikanın ixrac məhsulları içərisində neft və neft məhsulları, pambıq, balıq kürüsü, biyan kökü və baş­qa məhsullar vardır. İdxal məhsulları sırasında ərzaq, ti­kin­ti materialları, müxtəlif təyinatlı istehlak malları, ma­şın, avadanlıq, texnika, dəzgahlar vardır.
2011-ci ilin yekunlarına görə Azərbaycanda hər nəfərə düşən xarici ticarət dövriyyəsinin illik həcmi 3000 dollardır. Müqayisə üçün qeyd etmək lazımdır ki, dünya üzrə orta rəqəm daha yüksəkdir. Ayrı-ayrı ölkələrdə, xü­su­silə Almaniya, Yaponiya, ABŞ, Fransa, İngiltərə, Finlan­diya, Norveç, İsveç, Niderlandda bu göstərici 10.000 dollara çatır və bu səviyyəni ötür.
Ölkəmizin kifayət qədər iqtisadi potensialı və re­surs­ları vardır ki, müasir dünyanın xarici ticarət əlaqələ­rin­də daha fəal iştirak etməsi üçün aşağıdakılar tələb olu­nur:
- dünya bazarına daha geniş seçimdə (növdə) məh­­sullar çıxarmaq və xidmətlər təklif etmək;
- xaricdən idxal olunan bir sıra ərzaq və istehlak mal­ları həcmini məhdudlaşdıraraq, həmin malların yerli istehsalını təşkil etmək;
- ölkəyə daxil olan investisiya, alınmış kredit və neft satışından əldə edilmiş vəsaitlərdən ilk növbədə is­tehsal təyinatlı məqsədlər üçün faydalanaraq, onlardan elə səmərəli istifadə edilməlidir ki, həm milli bazarın müx­təlif təyinatlı ehtiyaclarını maksimum ödəmək, həm də ixrac imkanlarını artırmaq mümkün olsun;

  • tədricən milli iqtisadiyyatın və daxili bazarın id­xal asılılığını, elmi hesablamalar, habelə optimal nis­bətlər əsasında səmərəlilik meyarları ilə aradan qaldırmaq la­zımdır.

Məhz bu şərtlərin həyata keçirilməsi, müstəqil bir dövlətin milli bazarının daha da inkişafını və onun bey­nəlxalq bazarla qarşılıqlı əlaqələr sistemini uğurla nizam­laya bilər.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin