C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


İqtisadiyyatın dövlət tənzimlənməsinin



Yüklə 2,89 Mb.
səhifə74/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   114
C fakepathelave vesait

11.4. İqtisadiyyatın dövlət tənzimlənməsinin
mahiyyəti və mərhələləri
Müasir mərhələdə iqtisad elminin və iqtisadi nəzə­riyyənin qarşısında duran ən mühüm vəzifələrdən biri döv­lətin ölkənin təsərrüfat həyatmı idarə edib tənzimlə­mə­si­nin səmərəli yollarını, optimal variantlarını, habelə kon­kret şəraitə uyğun müvafiq hüdudlarını tapmaq məharə­tidir.
Tarixən bütün cəmiyyətlərin təsərrüfat həyatında baş verən iqtisadi proseslər ilk baxışda kortəbii hadisələr kimi görünsə də, lakin onlar müxtəlif səviyyələrdə (elmi yaxud iradi, uğurlu yaxud uğursuz, milli maraq yaxud dar qrup mənafeyi) idarə edilirlər. Cəmiyyətdə baş verən iqti­sadi proseslərə insanların fəal təsiri - idarəetmə adlan­dı­rı­lır. Deməli, idarəetmə - iqtisadi fəaliyyəti lazım istiq­a­mətə yönəltmək, müəyyən maraq dairəsində nəticə əldə etmək məqsədilə insanların, cəmiyyətin təsərrüfat həyatına şüur­lu təsirini nəzərdə tutur.
Ümumiyyətlə, hər hansı bir ölkədə idarəetmə məc­bur etmək, maraqlandırmaq və inandırmaq kimi prinsip­lə­rə və bunlardan irəli gələn müxtəlif üsullara əsaslanır. Cə­miy­yətin idarə olunması sisteminin tərkib hissəsi sayılan iqtisadiyyatın idarə edilməsi, hüquqi qanunlar, normativ aktlar əsasında tənzimlənərək, müxtəlif dövlət aparatı ida­rələri (strukturu) tərəfindən həyata keçirilir. Dövlət tən­­zimlənməsi - iqtisadi və sosial sahələri əhatə edərək, döv­lət siyasəti səviyyəsində reallaşdırılır.
Müasir bazar iqtisadiyyatı şəraitində, bu sistemə xas olan inhisarçılıq meylləri, xarici bazarda aparılan rəqa­bət mübarizəsi, xarici bazar, beynəlxalq iqtisadi-ticarət əlaqələri və inteqrasiya prosesləri, informasiya - məlumat toplamaq zəruriyyəti, iqtisadiyyatın dövlət tərəfindən tən­zimlənməsini irəli sürür.
Dünya təcrübəsi sübut etmişdir ki, dövlətin iqtisa­diy­yata zəif (biganə) təsiri hərc-mərclik, xaos vəziyyəti yaradırsa, bu sahəyə güclü müdaxiləsi (həddindən artıq qa­rışması) isə iqtisadi sərbəstliyə, işgüzar biznes fəaliy­yə­tinə əngəllər törədir.
Bəs necə etməli, ən əlverişli və optimal variantı ne­cə tapmalı? Doğrudanmı, XVIII əsrdə klassik iqtisadi nə­zə­riy­yənin banilərindən sayılan A.Smitin düşündüyü kimi bazarı və iqtisadiyyatı «görünməz əllər» idarə etməlidir, yox­sa sonrakı iqtisadçıların iddia etdikləri kimi «dövlət ölkə­nin təsərrüfat həyatına qarışmalıdır» prinsipinin daha məqsədəuyğunluğu qəbul olun­ma­lıdır?
Bütün nəzəri müddəaların həqiqi meyarı və təsdiqi olan real təsərrüfat həyatı təcrübəsi sübut edir ki, «nə, necə, kim üçün?» vəzifəsini yerinə yetirməli olan iqtisa­diyyat, hökmən dövlət tənzimlənməsinin ən optimal va­rian­­tını tapma­lıdır. n.
Müxtəlif ölkələrin nümunəsi sübut edir ki, ümum­milli əhəmiyyət kəsb edən əsaslı elmlərin, təhsilin, müda­fiə sənayesinin, qaz-yanacaq kompleksinin, nəqliy­yatın müəy­yən növlərinin, mühüm kommunal təsərrüfat ob­yekt­lə­rinin, ilkin səhiyyə xidməti şəbəkəsinin dövlətin nəzarəti altında tənzimlənməsi, əlbəttə müəyyən istisnalarla, şüb­həsiz məqsədəuyğundur.
Hazırda yüksək inkişaf etmiş ölkələrdə dövlət
böl­­­məsinin ümumi daxili məhsulda payı 8-15 faiz, inkişaf
etməkdə olan ölkələrdə 30-70 faiz, keçid mərhələsində olan dövlətlərdə 25-65 faiz arasındadır. Azərbaycan Res­pub­likasında isə ümumi daxili məhsulun 18-20 faizi döv­lət bölməsinə məxsusdur.

Dövlət tənzinlənməsinin obyektləri kimi sərmayə qoyuluşlarını (investisiyaları), pul-kredit münasibətlərini, maliyyə-büdcə məsələlərini, vergi-gömrük sahəsini, satış-ixrac əməliyyatlarını, qiymətlər sistemini, əmək bazarını, sosial sahəni, elmi-tədqiqat və konstruktur-sınaq işlərini göstərmək olar.
Tanınmış iqtisadçı, Nobel mükafatı laureatı V.Leon­­t­yev (ABŞ) yazmışdır: «Bazar münasibətləri maraq küləyi ilə iqtisadiyyat gəmisinin yelkənlərini hərəkətə gətirir; dövlət tənzimlənməsi isə gəminin sükanı rolunu oynayır... Küləksiz yelkənli gəmi yerindən tərpənməyəcək, sükansız isə gəmini uğurla idarə etmək mümkün deyildir».
Xeyriyyəçi və işgüzar biznes adamı C.Soros gös­tə­rir ki, dövlətin iqtisadi proseslərə qarışmaması özbaşı­na­lıq, hədsiz qarışması isə hökm, əmr, inzibatçılıq sistemi yara­dır. Onun fikrincə, «bazar ağalığı» (market finda­men­talist) meylləri müasir iqtisadiyyat üçün doğru sayıla bilməz. Ona görə də elə yollar axtarılıb tapılmalıdır ki, ba­zar və dövlətdə olan dağıdıcı (mənfi) cəhətlər, birləşərək iqtisadi inkişaf üçün yaradıcı qüvvəyə çevrilsin.
İqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti -bazar münasibətləri şəraitində qanunverici, icraedici və nə­za­rət xarakterli tədbirlər vasitəsilə, müxtəlif dövlət or­qan­ları və təşkilatlarının ölkənin təsərrüfat problemlə­rinin həllinə təsir göstərməsi, habelə bilavasitə qarışma­sıdır.
Bazar münasibətləri sisteminin formalaşması və keç­diyi inkişaf yolu, dövlətin iqtisadi siyasəti, onun qay­da-­qanunları ilə həmişə bağlı olmuşdur. Bu mənada döv­lət­lə iqtisadiyyatın qarşılıqlı əlaqəsi və asılılığı, habelə tə­si­ri tarixən aşağıdakı 3 mərhələni keçmişdir:

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin