OEF – Gəlirlərin mütləq bərabərsizliyini göstərir;
OABCDE – Gəlirlərin əhali və ailələr arasında Lorens əyrisi əsasına faktiki bölgüsünü göstərir;
T – sahəsinin OEF üçbucağı sahəsində dəyişən nisbəti Cinni əmsalı adlanır.
Deməli, Lorens əyrisi – insanların qabiliyyətləri mülkiyyətləri kapitalları, peşələri müxtəlif olduğundan, onların gəlirlərinin də fərqli formalaşdığını göstərir. Lakin bu əyri əhalinin yalnız pul gəlirlərini nəzərə alır və onların natural gəlirləri, habelə transfer ödənişləri (ictimai fondlar, humanitar yardım, kömək) buraya daxil edilmir. Bu əyri, əhalinin (100%) və onun gəlirlərinin (100%) ailələr, təbəqələr, qruplar arasındabölgüsündə qeyri-bərabərlik olduğunu göstərir. Məsələn, elə ölkələr ola bilər ki, ölkədə milli gəlirin 75% əhalinin 10%-nə; 20%-i əhalinin 8%-nə, 5%-i isə əhalinin 82%-nə düşsün. Başqa fərqli bölgü variantlarda mümkündür.
Cinni əmsalı- bu qeyri-bərabər bölgüdə, ayrı-ayrı əhali qrupları gəlirlərinin bir-birinə nisbətini göstərir. Məsələn, ən çox varlılar əhalinin 10%-ni, ən yoxsullar 20%-ni, orta səviyyədə yaşayanlar isə 70%-ni təşkil edə bilərlər. Bu halda da digər fərqli variantların olması təbiidir. «Pareto Qanunu» -göstərir ki, müəyyən həddən, məsələn orta səviyyədən yuxarı olan gəlirlilər qrupu öz nisbi sabitliyini əksər hallarda qoruya bilirlər. Müxtəlif səbəblər (böhran, inflyasiya və digər dəyişikliklər) onlara az təsir göstərir. Bu proseslərdən ən çox zərər çəkən cəmiyyətin aztəminatlı, aşağı və orta təbəqələrinin nümayəndələri olur.
12.2.Nominal və real gəlirlər
Hər hansı bir ölkə əhalisinin gəlirlərinin səviyyəsini və müqayisəli dəyişmə dinamikasını düzgün qiymətləndirmək üçün iqtisadi nəzəriyyə elmində nominal, sərəncamda qalan və real gəlir göstəricilərindən istifadə olunur.