C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Üçüncüsü, dünya ölkələri arasında genişlənən ti­ca­rət əlaqələri, əvvəlki dövrlərə nisbətən daha açıq, sər­bəst və liberal



Yüklə 2,89 Mb.
səhifə97/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   114
C fakepathelave vesait

Üçüncüsü, dünya ölkələri arasında genişlənən ti­ca­rət əlaqələri, əvvəlki dövrlərə nisbətən daha açıq, sər­bəst və liberal bir xarakter almaqdadır. Bu isə ilk növbədə keç­miş Sovet İttifaqının və onun təsir dairəsində olan so­sialist ölkələrindəki siyasi rejimlərin dağılması, habelə ye­ni mey­dana çıxmış müstəqil dövlətlərin bey­nəl­xalq əla­qə­lərinin, dünya bazarı ilə münasibətlərinin prin­sip etibarilə əsaslı surətdə yenidən qurulması ilə bağlı ol­muş­dur. Bu isti­qa­mət­də müxtəlif beynəlxalq təşkilat və ma­liyyə-bank-kredit qurumlarının, o cümlədən Dünya Ti­ca­rət Təşkilatlatının (DTT) rolu yüksək qiymətləndiril­mə­lidir.
Dördüncüsü, müasir beynəlxalq ticarət əlaqələ­ri­nin quruluşunda ciddi dəyişikliklər baş vermişdir. Bu struk­tur dəyişiklikləri, ilk növbədə ölkələrin xarici ticarət münasi­bət­lə­rində xammal ilə hazır məhsullar və hazır məh­­sulların içində isə mütərəqqi texnika-texnologiyaya əsas­­lanan, elm tutumlu yüksək keyfiyyətli ixrac məh­sul­larının üstünlük təşkil etməsidir.
XX əsrin 50-ci illərində beynəlxalq ticarət əla­qə­lə­rin­də xammal, o cümlədən yanacaqla hazır sənaye məh­sul­larının nisbəti təxminən bərabər olmuşdu. XX əsrin son­larında bu nisbət hazır məhsulların xeyrinə dəyişərək 70 faizin 30 faizə nisbəti kimi formalaşmışdır. Beynəlxalq ticarət əlaqələrinin quruluşunda payı 50 faizdən 30 faizə enən ərzaq, xammal, yanacağın cəmi 5 faizini xammal, 25 faizini isə yanacaq materialları təşkil etmişdi. Dünyanın xarici ticarət əlaqələrində hazır məhsulların payı sürətlə artaraq, XXI əsrin əvvəllərində 50 faizdən 70 faizə çat­mışdır.
Bu sürətli artıma səbəb: a) kimya sənayesinin inki­şafı nəticəsində yeni xüsusiyyətlərə malik sintetik mate­rial­lardan geniş istifadə olunması; b) yerli materiallardan daha geniş istifadə edilməsi; c) istehsal-xidmət dairəsində resurs qoruyucu texnologiyalardan yaradıcılıqla fayda­lan­maq xətti olmuşdu. Bu meyl indi də davam etməkdədir. Hazır ixrac məhsulları arasında maşın və avadanlıqlar, elektronika məhsulları, müxtəlif nəqliyyat vasitələri, kim­ya sənayesi malları üstünlük təşkil edir. Sonrakı yerləri qara və əlvan metallar, habelə toxuculuq məhsulları-parça, paltar, ayaqqabı və başqa sahələr tutur.
Beynəlxalq şirkətlərin, xüsusilə transmilli korpora­si­yaların çoxcəhətli fəaliyyət dairəsi onunla nəticələn­miş­dir ki, istehsalın ixtisaslaşması və kooperasiyası ölkələrin ticarət əlaqələrinə yeni bir təkan vermişdir. Hazırda dün­ya­da milyonlarla adda məhsul istehsalı və xidmətlər gös­tə­ril­məsi, beynəlxalq əmək bölgüsündə sahələrarası ixtisas­laş­madan, artıq sahələrdaxili ixtisaslaşmaya doğru meyl­lə­rin gücləndiyini təsdiq edir.
«Boinq-747» tipli təyyarənin istehsalı üçün on min­lərlə hissə və material tələb olunursa, şübhəsiz bunları hər hansı bir istehsal sahəsində, hətta müəyyən bir döv­lət­də hazırlamaq mümkün deyildir. Ona görə də ixtisaslaşma və kooperasiyanın genişlənib-dərinləşməsi, ölkələrin tica­rətini, habelə xarici iqtisadi əlaqələrini yeni əsaslar üzə­rində qurmağı irəli sürür.
Müasir beynəlxalq iqtisadi-ticarət əlaqələri siste­min­də intelektual məhsullar qrupunun həcmi və xüsusi çəkisi artmaqdadır. ABŞ, Almaniya, Fransa, Yaponiya, İsveçrə kimi yüksək inkişaf etmiş dövlətlərin xarici ticarət əlaqələrinin 20-30 faizini bu tipli məhsullar, xüsusilə mikroelektronika məhsulları təşkil edir. Dünya ticarətinin 60 faizi yüksək inkişaf etmiş ölkələrin öz aralarındakı əlaqələrin payına düşür.
Maraqlıdır ki, ABŞ-nın xarici ticarət dövriyyəsinin ümumi həcmində ixracın 30-35 faizini xammal və kənd təsərrüfatı bölməsinin (aqro-biznes sahəsinin) məhsulları, 65-70 faizini isə müxtəlif təyinatlı sənaye məhsulları təşkil edir. Ölkəyə idxal olunan sənaye məhsulları içərisində əsas yeri neft, avtomobillər, elektronika məhsulları, məişət avadanlıqları ayaqqabı, paltar tutur. Başqa yüksək inkişaf etmiş ölkələrdə olduğu kimi, ABŞ-ın da ixrac kvotası nis­bətən aşağı həddə olub, ölkənin ümumi daxili məhsulunun 10-12 faizini təşkil edir. Hazırda dünyanın ümumi ticarət dövriyyəsində ABŞ-ın payı (xüsusi çəkisi) təxminən 10 faizdir. Ölkənin xarici ticarət dövriyyəsinin həcmi mütləq rəqəmlərlə artsa da, lakin faiz etibarilə azalmağa doğru meyl edir.
Yaponiyanın xarici ticarət əlaqələrinin quruluşu ABŞ-dan fərqli formalaşmışdır. Ölkənin idxalının 75 faizi­ni xammal, o cümlədən 98-99 faizini neft-yanacaq məh­sulları təşkil edir. Yaponiyanın ixracında yüksək elm və kapital tutumlu sənaye sahələrinin istehsalı olan avto­mobillər, iri tutumlu tankerlər, televizorlar, kompü­ter­lər, elektronika məhsulları mühüm yer tutur. Dünya xarici ticarət dövriyyəsində Yaponiyanın payı 7 faizdir. Ölkənin ixrac kvotası 10 faiz və idxal kvotası 11 faiz təşkil edir. Yaponiyanın əsas xarici ticarət tərəfdaşı ABŞ-dır.
Başqa ölkələrin dünya ticarət dövriyyəsindəki möv­qe və roluna gəldikdə, Almaniyanın xüsusi çəkisi 8-9 faiz, Fransanınkı 4-5 faiz, İngiltərəninki 3-4 faiz, Çininki 4-5 faiz, Kanadanınkı 3-4 faiz, İtaliyanınkı 3-4 faiz, Rusiya­nınkı 1-2 faiz, Azərbaycanınkı 0,05 faizdir. Son illərdə Çinin xarici ticarət əlaqələri sürətlə artmaqdadır.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin